Bu gün minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyada keçirilən Millətlər Liqası turnirində yarımfinal matçına çıxacaq.
QELEBE.AZ xəbər verir ki, millimiz Belçika yığması ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 14:15-də başlayacaq.
Digər yarımfinalda Slovakiya və Macarıstan komandaları qarşılaşır.
Xatırladaq ki, ötən həftə Azərbaycan komandası Monteneqroda keçirilən analoji turnirin qalibi olmuşdu.