Millimiz Belçikaya qarşı
Bu gün minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyada keçirilən Millətlər Liqası turnirində yarımfinal matçına çıxacaq.
QELEBE.AZ xəbər verir ki, millimiz Belçika yığması ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 14:15-də başlayacaq.
Digər yarımfinalda Slovakiya və Macarıstan komandaları qarşılaşır.
Xatırladaq ki, ötən həftə Azərbaycan komandası Monteneqroda keçirilən analoji turnirin qalibi olmuşdu.

https://qelebe.az//uploads/photo/millimiz-belchikaya-qarshi.webp