Qelebə.az / Taekvondoçularımız Serbiyada 6 medal qazanıblar

Taekvondoçularımız Serbiyada 6 medal qazanıblar

9-04-2025, 12:07

Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında çıxış edən taekvondoçularımız 6 medal qazanıblar. 

QELEBE.AZ xəbər verir ki, bu barədə Taekvondo Federasiyası məlumat yayıb. 

İdmançılarımız Serbiyada 1 qızıl, 2 gümüş, 3 bürünc medala sahib çıxıblar. 

Rüqəyya Əliyeva qızıl, Mədinə Aslanlı və Əbil Mehralı gümüş, Mehriban İsmayıllı, Gülnaz Abdullayeva və Saleh Heydərov bürünc medal qazanıblar. 

Geri qayıt