Taekvondoçularımız Serbiyada 6 medal qazanıblar
Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında çıxış edən taekvondoçularımız 6 medal qazanıblar.
QELEBE.AZ xəbər verir ki, bu barədə Taekvondo Federasiyası məlumat yayıb.
İdmançılarımız Serbiyada 1 qızıl, 2 gümüş, 3 bürünc medala sahib çıxıblar.
Rüqəyya Əliyeva qızıl, Mədinə Aslanlı və Əbil Mehralı gümüş, Mehriban İsmayıllı, Gülnaz Abdullayeva və Saleh Heydərov bürünc medal qazanıblar.

https://qelebe.az//uploads/photo/taekvondochularimiz-serbiyada-6-medal-qazaniblar.webp