Qelebə.az / Yüksək Liqa: Təxirə salınmış oyuna təyinatlar açıqlanıb

Yüksək Liqa: Təxirə salınmış oyuna təyinatlar açıqlanıb

7-04-2025, 14:29

Yüksək Liqada XIV turdan təxirə salınmış “Şuşa” – U-19 oyununa təyinatlar açıqlanıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb. 

Qarşılaşmanı Hacıəli Ağayev, Kənan Məlikov və İmran Məhərrəmovdan ibarət hakimlər briqadası idarə edəcək. Hakim-inspektor Elçin Səmədli olacaq.

Qeyd edək ki, görüş aprelin 10-da, saat 16:30-da Olimpik Starda keçiriləcək.

Geri qayıt