Yüksək Liqa: Təxirə salınmış oyuna təyinatlar açıqlanıb
Yüksək Liqada XIV turdan təxirə salınmış “Şuşa” – U-19 oyununa təyinatlar açıqlanıb.
QELEBE.AZ xəbər verir ki, bu barədə Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qarşılaşmanı Hacıəli Ağayev, Kənan Məlikov və İmran Məhərrəmovdan ibarət hakimlər briqadası idarə edəcək. Hakim-inspektor Elçin Səmədli olacaq.
Qeyd edək ki, görüş aprelin 10-da, saat 16:30-da Olimpik Starda keçiriləcək.

https://qelebe.az//uploads/photo/yuksek-liqa-texire-salinmish-oyuna-teyinatlar-achiqlanib.webp