Almaniya II Bundesliqasında XXVIII turun görüşləri davam edir.
QELEBE.AZ xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" öz meydanında "Hamburq"la üz-üzə gəlib.
Ev sahibləri rəqibinə 0:3 hesabı ilə məğlub olublar.
Matça ehtiyat oyunçular skamyasında start verən Emreli 57-ci dəqiqədə meydana çıxıb. O, 78-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, ardıcıl ikinci dəfə uduzan "Nürnberq" 41 xalla 9-cu pillədə qərarlaşıb.