Emreli oynadı, komandası məğlub oldu

Emreli oynadı, komandası məğlub oldu

Almaniya II Bundesliqasında XXVIII turun görüşləri davam edir.

QELEBE.AZ xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" öz meydanında "Hamburq"la üz-üzə gəlib.

Ev sahibləri rəqibinə 0:3 hesabı ilə məğlub olublar.

Matça ehtiyat oyunçular skamyasında start verən Emreli 57-ci dəqiqədə meydana çıxıb. O, 78-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, ardıcıl ikinci dəfə uduzan "Nürnberq" 41 xalla 9-cu pillədə qərarlaşıb.