Qelebə.az / Benzia oynadı, millisi qələbə qazandı

Benzia oynadı, millisi qələbə qazandı

21-03-2025, 21:46

"Qarabağ"ın futbolçusu Yassin Benzia Əlcəzair yığmasında növbəti oyununu keçirib.

QELEBE.AZ xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Botsvanaya qarşı meydana çıxıb.

Səfərdə keçirilən qarşılaşma Yassinin komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Benzia 83-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 5 turdan sonra Əlcəzair komandası 12 xalla lider mövqeyində qərarlaşıb. Komanda martın 25-də öz meydanında Mozambiklə üz-üzə gələcək.

Geri qayıt