Benzia oynadı, millisi qələbə qazandı
"Qarabağ"ın futbolçusu Yassin Benzia Əlcəzair yığmasında növbəti oyununu keçirib.
QELEBE.AZ xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Botsvanaya qarşı meydana çıxıb.
Səfərdə keçirilən qarşılaşma Yassinin komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Benzia 83-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 5 turdan sonra Əlcəzair komandası 12 xalla lider mövqeyində qərarlaşıb. Komanda martın 25-də öz meydanında Mozambiklə üz-üzə gələcək.

https://qelebe.az//uploads/photo/benzia-oynadi-millisi-qelebe-qazandi.webp