Qelebə.az / “Neftçi” kubokda mübarizəni dayandırdı

“Neftçi” kubokda mübarizəni dayandırdı

27-02-2025, 20:31

Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib.

QELEBE.AZ xəbər verir ki, yarımfinalda "Neftçi"ni 6:3 hesabı ilə məğlub edən "Araz-Naxçıvan" həlledici mərhələyə yüksəlib.

Digər yarımfinal oyununda isə Birinci Liqanın lideri PFL U-19 kollektivini 4:0 hesabı ilə üstələyib.

"Araz-Naxçıvan" və PFL kollektivləri arasındakı final qarşılaşması iyunun 5-də keçiriləcək.

Geri qayıt