“Neftçi” kubokda mübarizəni dayandırdı
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib.
QELEBE.AZ xəbər verir ki, yarımfinalda "Neftçi"ni 6:3 hesabı ilə məğlub edən "Araz-Naxçıvan" həlledici mərhələyə yüksəlib.
Digər yarımfinal oyununda isə Birinci Liqanın lideri PFL U-19 kollektivini 4:0 hesabı ilə üstələyib.
"Araz-Naxçıvan" və PFL kollektivləri arasındakı final qarşılaşması iyunun 5-də keçiriləcək.

https://qelebe.az//uploads/photo/neftchi-kubokda-mubarizeni-dayandirdi.webp