Qelebə.az / Emin Mahmudov: "Məşqlərə başlamamışam, bərpa prosesi davam edir"

Emin Mahmudov: "Məşqlərə başlamamışam, bərpa prosesi davam edir"

12-12-2024, 15:37

Məşqlərə başlamamışam, bərpa prosesi davam edir.

Bunu "Report"a açıqlamasında "Neftçi"nin və Azərbaycan millisinin futbolçusu Emin Mahmudov deyib.

32 yaşlı yarımmüdafiəçi zədəsinin hələ də sağalmamasına toxunub:

"Hazırda heç bir dəyişiklik yoxdur. Məşqlərdə iştirak etmirəm. Bu həftə oynamayacağım dəqiqdir. Növbəti oyuna isə baxacağıq".

Qeyd edək ki, Emin Mahmudov Azərbaycan yığmasının noyabrın 16-da Estoniyaya qarşı keçirdiyi UEFA Millətlər Liqası matçından əvvəl zədələnib. "Neftçi" Misli Premyer Liqasının XVII turunda, dekabrın 15-də "Kəpəz"i qəbul edəcək. "Ağ-qaralar" ilin son turunda, dekabrın 21-də isə "Turan Tovuz"un qonağı olacaq.

Geri qayıt