Qelebə.az / İngiltərə millisinin hücumçusu Səudiyyə Ərəbistanına getmək üçün böyük məbləğ tələb edib

İngiltərə millisinin hücumçusu Səudiyyə Ərəbistanına getmək üçün böyük məbləğ tələb edib

19-08-2024, 13:59

İngiltərənin "Brentford" klubunun futbolçusu İvan Toney Səudiyyə Ərəbistanına getmək üçün böyük məbləğ istəyib.

"QELEBE.AZ" "Mirror"a istinadən xəbər verir ki, İngiltərə millisinin hücumçusu "Əl-Əhli" klubundan rəsmi təklif alıb.

Avqustun 31-nə, "transfer pəncərəsi" bağlanana qədər "Brendford"u tərk etmək istəyən 28 yaşlı futbolçu Səudiyyə Ərəbistanına yollanmaq üçün 50 milyon funt-sterlinq tələb edib.

O, "Əl-Əhli"yə qoşulmaq üçün illik 20 milyon avro (17 milyon funt-sterlinq) ödəniş, həmçinin əlavə bonuslar istəyib.

Qeyd edək ki, heytində Roberto Firmino, Riyad Mahrez, Eduard Mendi və Frank Kessi kimi təcrübəli futbolçular olmasına baxmayaraq, "Əl-Əhli" ötən mövsüm çempionatı 3-cü pillədə bitirib.

Geri qayıt