Qelebə.az / "Mançester Siti" Premyer Liqanın yeni mövsümünün ilk matçında "Çelsi"yə qalib gəlib

"Mançester Siti" Premyer Liqanın yeni mövsümünün ilk matçında "Çelsi"yə qalib gəlib

18-08-2024, 22:13

İngiltərə Premyer Liqasının ilk turunda "Mançester Siti" Londonun "Çelsi" klubunu məğlub edib.

"Report" xəbər verir ki, oyun Londondakı Stamford Bricdə baş tutub.

Görüşdə "Mançester Siti" 2:0 hesabı ilə qalib gəlib. 18-ci dəqiqədə "Mançester Siti" hesabı açıb: Bernardo Silvanın ötürməsindən hücumçu Erlinq Haaland fərqlənib. 84-cü dəqiqədə Mateo Kovaçiç fərqlənib.

Növbəti turda "Mançester Siti" öz meydanında "İpsviç Taun"la qarşılaşacaq. "Çelsi" isə səfərdə "Vulverhempton"la üz-üzə gələcək.

Geri qayıt