Qelebə.az / Türkiyə millisinin üzvü: Azərbaycan avarçəkəninin olimpiadada uğur qazanacağına inanıram

Türkiyə millisinin üzvü: Azərbaycan avarçəkəninin olimpiadada uğur qazanacağına inanıram

27-07-2024, 17:43

Azərbaycan avarçəkəni Diana Dımçenkonun olimpiadada uğur qazanacağına inanıram.

Bunu "QELEBE.AZ"un Parisə ezam olunmuş əməkdaşına açıqlamasında türkiyəli avarçəkən Elis Özbay deyib.

O, Azərbaycan millisinin üzvünün potensialına bələd olduğunu söyləyib:

"Diananı yarışlardan tanıyıram. Potensiallı idmançıdır. 1/4 finala vəsiqə qazanması da bundan xəbər verir. Paris-2024-də medal qazanmağa qadirdir".

Qeyd edək ki, Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 finala yüksəlib. O, 2000 metr məsafəyə fərdi yarışın qrup mərhələsində 7 dəqiqə 52,53 saniyə nəticə ilə üçüncü olub. D.Dımçenko iyulun 30-da 1/4 finalda mübarizə aparacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Geri qayıt