Qelebə.az / Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının başlama tarixi bəlli olub

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının başlama tarixi bəlli olub

3-06-2024, 14:37

Kişi və qadınlar arasında çimərlik voleybolu üzrə Azərbaycan çempionatının başlama tarixi bəlli olub.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, turnirlər iyunun 25-28-də təşkil olunacaq.

Yarışlarda iştirak etmək istəyən klublar iyunun 21-dək qeydiyyatdan keçə bilərlər. Hər klub iki komanda ilə turnirə qatıla bilər.

Qeyd edək ki, çempionatın püşkatma mərasimi iyunun 23-də baş tutacaq.

Geri qayıt