Qelebə.az / "Araz-Naxçıvan"ın baş məşqçisi: Penaltilər seriyasında bəxtimiz gətirdi

"Araz-Naxçıvan"ın baş məşqçisi: Penaltilər seriyasında bəxtimiz gətirdi

7-05-2024, 16:53

Penaltilər seriyasında bəxtimiz gətirdi.

"Report" xəbər verir ki, bunu Azərbaycan Kubokunun qalibi olan futzal üzrə "Araz-Naxçıvan" komandasının baş məşqçisi Vitali Borisov deyib.

Mütəxəssis “Baku Fire” ilə final qarşılaşmasının çətin keçdiyini bildirib: "Rəqibin rəhbərliyinə gözəl komanda qurduqları üçün təşəkkür edirəm. Hər iki tərəf çempionluğa layiq idi".

Qeyd edək ki, final görüşünün əsas və əlavə vaxtı 5:5 hesabı ilə bitib. "Araz-Naxçıvan" penaltilər seriyasında 5:4 hesablı qalibiyyətə sevinib.

Geri qayıt