"Araz-Naxçıvan"ın baş məşqçisi: Penaltilər seriyasında bəxtimiz gətirdi
Penaltilər seriyasında bəxtimiz gətirdi.
"Report" xəbər verir ki, bunu Azərbaycan Kubokunun qalibi olan futzal üzrə "Araz-Naxçıvan" komandasının baş məşqçisi Vitali Borisov deyib.
Mütəxəssis “Baku Fire” ilə final qarşılaşmasının çətin keçdiyini bildirib: "Rəqibin rəhbərliyinə gözəl komanda qurduqları üçün təşəkkür edirəm. Hər iki tərəf çempionluğa layiq idi".
Qeyd edək ki, final görüşünün əsas və əlavə vaxtı 5:5 hesabı ilə bitib. "Araz-Naxçıvan" penaltilər seriyasında 5:4 hesablı qalibiyyətə sevinib.

https://qelebe.az//uploads/photo/araz-naxchivanin-bash-meshqchisi-penaltiler-seriyasinda-bextimiz-getirdi.webp











