Qelebə.az / Toni Kroos karyerasını İtaliya A Seriyasında davam etdirə bilər

Toni Kroos karyerasını İtaliya A Seriyasında davam etdirə bilər

26-12-2023, 16:58

İspaniyanın "Real" klubunun yarımmüdafiəçisi Toni Kroos karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

"Report"un "Tribal Football"a istinadən məlumatına görə, futbolçu ilə "Yuventus" maraqlanır.

Turin klubunun rəhbərliyi almaniyalını qış "transfer pəncərəsi"ndə almaq istəyir. Yarımmüdafiəçinin "Real"la müqaviləsinin müddəti 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Kroosun transfer qiyməti 14 milyon avrodur.

Qeyd edək ki, 33 yaşlı futbolçu cari mövsümdə 18 oyuna çıxıb, 1 qol vurub, 6 məhsuldar ötürmə edib.

Geri qayıt