Qelebə.az / Messi Səudiyyə Ərəbistanı klubunun futbolçusu ola bilər

Messi Səudiyyə Ərəbistanı klubunun futbolçusu ola bilər

10-10-2023, 01:14

Hazırda ABŞ-da “İnter Mayami” futbol klubunda çıxış edən argentinalı futbolçu Lionel Messi Səudiyyə Ərəbistandakı klublardan birinə keçə bilər.

“QELEBE.AZ”un məlumatına görə, bu barədə “Sport.es” xəbər verib.

Səudiyyəlilər Messini 2024-cü ilin fevralına qədər icarəyə götürə bilərlər.

“İnter Mayami” “Sinsinnati”yə uduzduqdan sonra pley-off mərhələsinə vəsiqə şansını itirib. Belə ki, “İnter Mayami” öz meydanında məğlub olub. Oyunda yeganə qolu oyunun 78-ci dəqiqəsində Alvaro Barreal vurub.

Messi iki il Fransanın “PSJ” futbol komandasında oynadıqdan sonra 2023-cü ilin yayında “İnter Mayami”yə keçib. O, ilk oyunda cərimə zərbəsindən qol vuraraq klubda debüt edib. Avqustun 20-də argentinalı Amerikada ilk kubokunu qazanıb.

Geri qayıt