Qelebə.az / Premyer Liqa: “Qəbələ” bu gün “Qarabağ” önündə 6 illik həsrətə son qoymağa çalışacaq

Premyer Liqa: “Qəbələ” bu gün “Qarabağ” önündə 6 illik həsrətə son qoymağa çalışacaq

25-09-2023, 10:19

Bu gün Azərbaycan Premyer Liqasında VII tura yekun vurulacaq.

“QELEBE.AZ”un məlumatına görə, son gündə çempion “Qarabağ” autsayder “Qəbələ” ilə qarşılaşacaq.

Qəbələ şəhər stadionunda baş tutacaq görüşdə “qırmızı-qaralar” həm sonuncu pillədən qurtulmağa, həm də “Qarabağ” önündə 6 illik qələbə həsrətinə son qoymağa çalışacaq. Ağdamlılar isə qalibiyyət təqdirində lider “Zirə” ilə aradakı xal fərqini 3-ə endirəcəklər.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Səbail” “Araz-Naxçıvan”ı məğlub edib (1:0), “Sumqayıt” – “Turan Tovuz” (0:0), “Zirə” – “Neftçi” (1:1) və “Sabah” – “Kəpəz” (2:2) matçları heç-heçə yekunlaşıb.

Azərbaycan Premyer Liqası
VII tur
25 sentyabr (bazar ertəsi)

19:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamran Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Qəbələ şəhər stadionu

N

Klublar

O

Q

H

M

T-F

X

1

Zirə

7

5

1

1

7-3

16

2

Səbail

7

4

1

2

12-9

13

3

Turan Tovuz

7

3

2

2

11-8

11

4

Qarabağ

6

3

1

2

9-5

10

5

Araz-Naxçıvan

7

3

1

3

7-8

10

6

Neftçi

7

2

3

2

6-5

9

7

Sumqayıt

6

2

2

2

7-5

8

8

Sabah

6

1

2

3

8-9

5

9

Kəpəz

7

1

2

4

5-11

5

10

Qəbələ

6

1

1

4

4-13

4

Bombardirlər: Aleksandr Ramalinqom (“Səbail”) - 4, Orxan Əliyev (“Araz-Naxçıvan”), Martin Petkov, Belajdi Pusi (hər ikisi “Turan Tovuz”), Osama Xalayla (“Qəbələ”), Olavio Juninyo (“Qarabağ”) - 3 qol.

Geri qayıt