Qelebə.az / Azərbaycanın basketbol millisi dünya reytinqində geriləyib

Azərbaycanın basketbol millisi dünya reytinqində geriləyib

15-09-2023, 16:01

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya reytinqində beş pillə geriləyib.

"QELEBE.AZ" Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytına istinadən xəbər verir ki, yığma 66,7 xalla 118-ci sırada qərarlaşıb.

Komanda Avropa zonasında 45-cidir.

ABŞ seçməsi 786,6 xalla liderdir. 778,2 xala malik İspaniya ikinci yerdədir. Xallarının sayını 759,7-yə çatdıran son dünya çempionu Almaniya isə üçüncü pilləyə yüksəlib.

Qeyd edək ki, Azərbaycan millisi 2027-ci il Qətərdə keçiriləcək dünya çempionatının ilkin təsnifat mərhələsində İsveçrə, Kosovo və İrlandiya yığmaları ilə birlikdə A qrupunda mübarizə aparacaq.

Geri qayıt