Qelebə.az / Musa Qurbanlının komandası avrokuboklarla vidalaşıb

Musa Qurbanlının komandası avrokuboklarla vidalaşıb

4-08-2023, 00:46

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının çıxış etdiyi İsveç "Yurqorden"i UEFA Konfrans Liqası ilə vidalaşıb.

"QELEBE.AZ"un məlumatına görə, II təsnifat mərhələsinin cavab oyununda İsveçrədə "Lütsern"in qonağı olan Stokholm təmsilçisi 1:1 hesablı heç-heçə edib. Evdəki ilk qarşılaşmada rəqibinə uduzan (0:1) qonaqlar iki görüşün nəticəsinə əsasən turnirdə mübarizəni dayandırıb.

Oyuna ehtiyatda başlayan Qurbanlı 38-ci dəqiqədə Oskar Falleniusun əvəzinə meydana daxil olub. 21 yaşlı forvard oyunda olduğu müddətdə qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

Geri qayıt