Musa Qurbanlının komandası avrokuboklarla vidalaşıb
Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının çıxış etdiyi İsveç "Yurqorden"i UEFA Konfrans Liqası ilə vidalaşıb.
"QELEBE.AZ"un məlumatına görə, II təsnifat mərhələsinin cavab oyununda İsveçrədə "Lütsern"in qonağı olan Stokholm təmsilçisi 1:1 hesablı heç-heçə edib. Evdəki ilk qarşılaşmada rəqibinə uduzan (0:1) qonaqlar iki görüşün nəticəsinə əsasən turnirdə mübarizəni dayandırıb.
Oyuna ehtiyatda başlayan Qurbanlı 38-ci dəqiqədə Oskar Falleniusun əvəzinə meydana daxil olub. 21 yaşlı forvard oyunda olduğu müddətdə qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

https://qelebe.az//uploads/photo/musa-qurbanlinin-komandasi-avrokuboklarla-vidalashib.webp











