Qelebə.az / “Rakuv”un müdafiəçisi “Qarabağ”la oyununu buraxacaq

“Rakuv”un müdafiəçisi “Qarabağ”la oyununu buraxacaq

25-07-2023, 15:07

Polşanın “Rakuv” klubunun futbolçusu Milan Rundiç UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la ilk oyununu buraxacaq.

“Report” xəbər verir ki, bunu Çenstoxova təmsilçisinin baş məşqçisi David Şvarqa deyib.

O bildirib ki, serbiyalı mərkəz müdafiəçisi hazırda zədədən əziyyət çəkir. Bu səbəbdən 31 yaşlı oyunçu “Miejski” stadionundakı qarşılaşmada iştirak edə bilməyəcək.

Qeyd edək ki, iyulun 26-da keçiriləcək “Rakuv” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Geri qayıt