Çempionlar Liqasının birinci mərhələsində Bosniya və Herseqovina “Zrinski” komandası cavab matçında Ermənistanın “Urartu”sunu qəbul edib.
“Report” xəbər verir ki, cütlüyün taleyi penalti seriyasında bəlli olub.
Belə ki, oyunun əsas vaxtı 3 qol, əlavə edilmiş 30 dəqiqə isə 2 qolla yadda qalıb. Gərgin keçən 120 dəqiqənin nəticəsində Ermənistan təmsilçisinin hesabdakı üstünlüyünə baxmayaraq, bu onlara mərhələ adlamağa imkan verməyib (birinci matçı Balkan təmsilçisi 0:1 hesabı ilə udub) və oyun penalti seriyasına qalıb. 11 metrlik zərbələrdən isə Bosniya və Herseqovinanın komandasının oyunçuları qalib ayrılıb – 4:3.
Beləliklə, Ermənistanın Çempionlar Liqasındakı təmsilçisi mübarizəni Konfrans Liqasında davam etdirəcək.