Qelebə.az / "Barselona" 18 yaşlı braziliyalı hücumçunu transfer edib

"Barselona" 18 yaşlı braziliyalı hücumçunu transfer edib

12-07-2023, 15:15

İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"QELEBE.AZ" Kataloniya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Braziliyanın "Atletiko Paranaense" komandasından Vitor Roke transfer olunub.

Onun müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. 18 yaşlı hücumçu 2023/2024 mövsümündə icarə əsasında hazırkı klubunda çıxış edəcək.

Qeyd edək ki, gənc forvard bir dəfə Braziliya millisinin də formasını geyinib.

Geri qayıt