Azərbaycan yığmasının yoldaşlıq oyunu ləğv edilib
Bu gündən Bakıda təlim-məşq toplanışına start verən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik baş verib.
"QELEBE.AZ"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, sentyabrın 24-də Bakı Olimpiya Stadionunda (BOS) Qırğızıstan seçməsinə qarşı keçirilməsi planlaşdırılan yoldaşlıq oyunu ləğv edilib.
Buna səbəb rəqib komandanın Azərbaycana səfər edə bilməməsidir.
Qeyd edək ki, U-21 sentyabrın 27-də BOS-da Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

https://qelebe.az//uploads/photo/azerbaycan-yigmasinin-yoldashliq-oyunu-legv-edilib.webp











