Dünya çempionatı: Azərbaycanın daha iki taekvondoçusunun ilk rəqibləri bəlli olub
Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında altıncı günün püşkü atılıb.
"QELEBE.AZ"un məlumatına görə, iyunun 3-də Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulacaq.
62 kq-da Fatimə Məcidova mundailda debüt görüşünə 1/16 finaldan başlayacaq. O, ilk döyüşünü Kristina Kaspa (İtaliya) - Kiem Bak Ti (Vyetnam) cütünün qalibinə qarşı keçirəcək.
74 kq çəkidə qüvvəsini sınayacaq Eltac Qafarovun rəqibi 1/32 final qarşılaşmasının nəticəsinə əsasən bəlli olacaq.
Taekvondoçu 1/16 finalda Vasilliy Peruniçiç (Çernoqoriya) - Çarlill Mersyer (Kanada) duelinin güclüsü ilə münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq. Daha əvvəl Azərbaycanın 9 təmsilçisi medalsız qalıb.

https://qelebe.az//uploads/photo/dunya-chempionati-azerbaycanin-daha-iki-taekvondochusunun-ilk-reqibleri-belli-olub.webp











