DÇ: İdmançımız üçün bürünc şansı
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U20 dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşi üzrə 55, 67, 72 və 97 kq-da mübarizəyə start verilib.
Emin Cavadlı (55 kq) mundiala inamlı start verib. Avropa çempionumuz fransalı Nolan Pissoşeylə (11:0) ermənistanlı Edqar Petrosyana (10:1) tam üstünlüklə, rusiyalı İliya Kandalinə isə 4:2 hesabıyla qalib gələrək yarımfinala adlayıb. O, finala gedən yolda gürcüstanlı Koba Karumidzeyə 4:11 hesabıyla məğlub olub. Həmyerlimizin sabah bürünc medal görüşündə Jiale Li (Çin) – Hiro Sakamoto (Yaponiya) qarşılaşmasının qalibiylə güləşəcək.
Üç güləşçimiz 1/8 final mərhələsində mübarizəni dayandırıb. Murad Əliyev (67 kq) Ermənistan təmsilçisi Yurik Mxitaryana 6:13, Kamran Rəcəbli (72 kq) özbəkistanlı Behruzbek Vəliyevə 0:8 və Rihad İbrahimli (97 kq) isə yaponiyalı Ryozey Katamatsuya 1:4 hesabıyla məğlub olub.

https://qelebe.az//uploads/photo/dch-idmanchimiz-uchun-burunc-shansi.webp