“Qarabağ”ın qapıçısı: “Rusiyada heç vaxt maaş almamışam”

“Qarabağ”ın qapıçısı: “Rusiyada heç vaxt maaş almamışam”

“Rusiyada heç vaxt maaş almamışam”.

“QELEBE.AZ” xəbər verir ki, bunu Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev “championat.com” saytına müsahibəsində deyib.

29 yaşlı futbolçu gənc yaşlarında Rusiyada çıxış edərkən, yalnız bir turnirdə iştiraka görə pul aldığını bildirib: “18 yaşım olanda uşaqlar məni LFL-də oynamağa dəvət etdilər. Nəticədən asılı olmayaraq, iştirakım üçün 1000 rubl ödədilər. Bu, mənim yeganə qazancım idi. 18 yaşımda evləndim, ailəmi kişi kimi dolandırmalı oldum. Həmin oyunları çox bəyənirdim. Qapıçı üçün ciddi məşq və təkmilləşmək imkanı idi”.

O, Azərbaycanda da bu cür turnirlərin təşkilinin tərəfdarıdır: “Azərbaycanda belə səviyyəli turnir olsaydı və klubum orada oynamağa icazə versəydi, məmnuniyyətlə iştirak edərdim”.

Ş.Məhəmmədəliyev LFL-də çıxış etdiyi dönəmdə ayağının sındığını da xatırlayıb: “Ağır zədə idi, sümük yavaş-yavaş sağalırdı. Dörd ay gipsdə qaldım. İnstitutda testlərə və imtahanlara dəyənəklə getdim. Çətin dövr idi”.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2013-cü ildən Azərbaycanda çıxış edir.

Futbol
"Qarabağ" - "Olimpiakos" oyunu başlayıb

"Qarabağ" - "Olimpiakos" oyunu başlayıb

Futbol
Azərbaycanın FIFA referiləri UEFA-nın kursunda iştirak ediblər

Azərbaycanın FIFA referiləri UEFA-nın kursunda iştirak ediblər

Futbol
Azərbaycanlı hakim-inspektor Niderland millisinin oyununa təyinat alıb

Azərbaycanlı hakim-inspektor Niderland millisinin oyununa təyinat alıb

Futbol
"Sabah" legioneri ilə müqavilənin müddətini uzadıb

"Sabah" legioneri ilə müqavilənin müddətini uzadıb

Futbol
Tanınmış futbolçunun atasının meyiti tapılıb

Tanınmış futbolçunun atasının meyiti tapılıb

Futbol
Türkiyə Kuboku: "Beşiktaş" əzmkar qələbə ilə mərhələ adlayıb

Türkiyə Kuboku: "Beşiktaş" əzmkar qələbə ilə mərhələ adlayıb

Futbol
"Qarabağ" Premyer Liqada yeni nailiyyətə imza atıb

"Qarabağ" Premyer Liqada yeni nailiyyətə imza atıb

Futbol
"Qarabağ"dan ayrılan hücumçunun Fransa klubunda debüt tarixi açıqlanıb

"Qarabağ"dan ayrılan hücumçunun Fransa klubunda debüt tarixi açıqlanıb

Futbol
Almaniyalı futbolçu: "Dostlarım dedi ki, Azərbaycana köçsəm, karyeramı bitirəcəyəm"

Almaniyalı futbolçu: "Dostlarım dedi ki, Azərbaycana köçsəm, karyeramı bitirəcəyəm"

Futbol
Messi yeni müqavilə ilə bağlı PSJ rəhbərliyinə söz verib

Messi yeni müqavilə ilə bağlı PSJ rəhbərliyinə söz verib

Futbol
"Nant" - "Qarabağ" oyununda erməni təxribatı

"Nant" - "Qarabağ" oyununda erməni təxribatı

Futbol
Avropa Liqası: "Nant" - "Qarabağ" oyununda hesab açılıb

Avropa Liqası: "Nant" - "Qarabağ" oyununda hesab açılıb