Azərbaycan Premyer Liqası: Şeydayev Mahmudova yaxınlaşıb, Zubir və Benzianın qiyməti azalıb

Azərbaycan Premyer Liqası: Şeydayev Mahmudova yaxınlaşıb, Zubir və Benzianın qiyməti azalıb

Azərbaycan Premyer Liqasında çıxış edən bəzi futbolçuların transfer qiymətində dəyişiklik olub.

"QELEBE.AZ"un məlumatına görə, "Transfermarkt" saytının yenilədiyi siyahıya əvvəlkitək Azərbaycan millisinin və "Neftçi"nin kapitanı Emin Mahmudov başçılıq edir. 31 yaşlı yarımmüdafiəçinin dəyəri dəyişməz olaraq qalıb - 1,4 milyon avro.

İkinci pillədə geridə qalan mövsümün sonunda "Qarabağ"ı tərk edən Ramil Şeydayev yer alıb. 27 yaşlı forvardın transfer qiyməti 400 min avro artaraq, 1,2 milyon avroya çatıb. Ağdam klubunun forvardı Musa Qurbanlı, yarımmüdafiəçisi Yassin Benzia və "Sabah"ın Ukraynanın "Şaxtyor" (Donetsk) klubundan icarəyə götürdüyü Aleksey Kaşuk 3-5-ci yerləri bölüşdürür - 1 milyon avro.

"Qarabağ"a gələnədək qiməti 1,5 milyon avro olan Benzia geriləsə də, yuxarı sıralardakı mövqeyini qoruyub. Qurbanlının qiyməti 400 min, Kaşukun transfer dəyəri isə 300 min avro artıb.

"Köhlən atlar"dan Leandro Andrade və "Sabah"dan Coy-Lens Mikels (hər ikisi 900 min avro) 6-7-ci yerlərdə qərarlaşıb. Yeri gəlmişkən, siyahıda ən çox artıma nail olan oyunçu Andradedir - 450 min avro. Mikelsdə isə bu göstərici 200 min avrodur.

"Qarabağ"ın aparıcı yarımmüdafiəçisi Abdullah Zubirin transfer qiyməti 50 min avro azalaraq 750 min avro olub. Əvəzində komanda yoldaşı Elvin Cəfərquliyevin qiyməti 600 min avrodan 750 min avroya yüksəlib.

"Sabah"ın qapıçısı Yusif İmanov da siyahıda böyük irəliləyişə nail olub. Qiyməti 300 min avro artan gənc qolkiper 700 min avroluq transfer dəyəri ilə 12-17-ci yerləri bölüşdürür.

Futbol
Polşa növbəti sensasiyaya imkan verməyib

Polşa növbəti sensasiyaya imkan verməyib

Futbol
FIFA Mahir Emreli ilə bağlı qərarını ləğv edib

FIFA Mahir Emreli ilə bağlı qərarını ləğv edib

Futbol
İlin ən yaxşı futbol klubu bəlli olub

İlin ən yaxşı futbol klubu bəlli olub

Futbol
“Qəbələ”nin prezidenti: “PFL-in təcrübəsi yaxşı Superkubok oyunu təşkil etməyə imkan verir”

“Qəbələ”nin prezidenti: “PFL-in təcrübəsi yaxşı Superkubok oyunu təşkil etməyə imkan verir”

Futbol
Messi: “Bəhanəmiz yoxdur"

Messi: “Bəhanəmiz yoxdur"

Futbol
İngiltərə Premyer Liqası: “Arsenal” “Nyukasl”la heç-heçə edib

İngiltərə Premyer Liqası: “Arsenal” “Nyukasl”la heç-heçə edib

Futbol
Regekampfla maraqlanan Rumıniya klubu digər yerli mütəxəssisə tapşırılır

Regekampfla maraqlanan Rumıniya klubu digər yerli mütəxəssisə tapşırılır

Futbol
"Qarabağ"ın kapitanı: "Bu qələbə əsgərlərimizin zəfərinin yanında dəyərsizdir"

"Qarabağ"ın kapitanı: "Bu qələbə əsgərlərimizin zəfərinin yanında dəyərsizdir"

Futbol
Fransa klubu erməni futbolçunu Bakıya gətirməyəcək

Fransa klubu erməni futbolçunu Bakıya gətirməyəcək

Futbol
"Mançester Yunayted"in sabiq futbolçusu İngiltərə klubunun baş məşqçisi olacaq

"Mançester Yunayted"in sabiq futbolçusu İngiltərə klubunun baş məşqçisi olacaq

Futbol
PSJ-nin prezidenti dünya ulduzlarının iştirakı ilə oyun təşkil etmək istəyir

PSJ-nin prezidenti dünya ulduzlarının iştirakı ilə oyun təşkil etmək istəyir

Futbol
Türkiyəli futbolçu ilk dəfə Azərbaycanın əsas millisinə dəvət alıb

Türkiyəli futbolçu ilk dəfə Azərbaycanın əsas millisinə dəvət alıb