MGİMO tələbələrinin Bakıda səyyar modulu davam edir

MGİMO tələbələrinin Bakıda səyyar modulu davam edir

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MGİMO) arasında imzalanmış qarşılıqlı əməkdaşlıq haqqında Memorandum çərçivəsində Rusiya nümayəndə heyətinin Bakıya səfəri davam edir.

ASAPES-dən "Report"a verilən məlumata görə, proqramda Avropa İdman Menecmenti Assosiasiyasının prezidenti, Böyük Britaniyanın Brunel Universitetinin professoru Vassil Qirqinov, Koventri Universitetinin professoru Amanda Pinkney, “RESULT Sports” şirkətinin baş direktoru Mario Leo və Rusiya Beynəlxalq Olimpiya Universitetinin elmi işlər üzrə prorektoru Nikolay Peşin kimi beynəlxalq dərəcəli mütəxəssislərin iştirakı ilə MGİMO-nun tələbələri üçün səyyar modul təşkil olunub.

Mayın 29-da modul proqramının açılış mərasimi keçirilib. Rusiya Olimpiyaçılarına Dəstək Fondunun və MGİMO-nun İdman Diplomatiyası Mərkəzinin təhsil proqramının rəhbərləri E.Q.Belyakova və Y.B.Ostaşova iştirakçıları Bakı modulunun strukturu və məzmunu ilə tanış ediblər.

İştirakçılar Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasını və Su İdmanı Sarayını ziyarət edərək idmançıların məşq prosesi ilə, eləcə də bu qurumların idarəetmə sistemi ilə tanış olublar. Bundan başqa, onlar Bakıda keçirilən və dünya taekvondosunun 50 illiyinə həsr edilən dünya çempionatının açılış mərasimini də canlı izləyiblər.

Xatırladaq ki, Bakıda təşkil olunan səyyar modulu mayın 31-dək davam edəcək.

Fərdi
Azərbaycan avarçəkəni Avropa çempionu olub   

Azərbaycan avarçəkəni Avropa çempionu olub  

Fərdi
Rafiz Həsənov Moskvada Ermənistanın ən yaxşı karateçisinə qalib gəlib

Rafiz Həsənov Moskvada Ermənistanın ən yaxşı karateçisinə qalib gəlib

Fərdi
Dünya çempionatı: Azərbaycanın 3 güləşçisi yarımfinala yüksələ bilməyib

Dünya çempionatı: Azərbaycanın 3 güləşçisi yarımfinala yüksələ bilməyib

Fərdi
ABŞ-ın tanınmış mütəxəssisləri Azərbaycan güləşçilərinə master-klas keçib

ABŞ-ın tanınmış mütəxəssisləri Azərbaycan güləşçilərinə master-klas keçib

Fərdi
Bakıda çövkən üzrə Prezident Kuboku keçiriləcək

Bakıda çövkən üzrə Prezident Kuboku keçiriləcək

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayır

Fərdi
Güləş üzrə Azərbaycan çempionatının püşkü atılıb

Güləş üzrə Azərbaycan çempionatının püşkü atılıb

Fərdi
Fəridə Əliyeva: "İdmançılarımıza qarşı çox böyük haqsızlıq oldu"

Fəridə Əliyeva: "İdmançılarımıza qarşı çox böyük haqsızlıq oldu"

Fərdi
Azərbaycanın kəmər güləşçiləri dünya çempionatında 5 medal qazanıb

Azərbaycanın kəmər güləşçiləri dünya çempionatında 5 medal qazanıb

Fərdi
Azərbaycanın 4 boksçusu Avropa çempionatında finala yüksəlib

Azərbaycanın 4 boksçusu Avropa çempionatında finala yüksəlib

Fərdi
Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsinə qələbə ilə başlayıb

Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsinə qələbə ilə başlayıb

Fərdi
Kuba əsilli boksçu: “Özümü azərbaycanlı kimi hiss edirəm”

Kuba əsilli boksçu: “Özümü azərbaycanlı kimi hiss edirəm”