Azərbaycan çempionatlarında medal qazanan məşqçilər: Qurbanov hamını qabaqlayır - SİYAHI

Azərbaycan çempionatlarında medal qazanan məşqçilər: Qurbanov hamını qabaqlayır - SİYAHI

Azərbaycan çempionatları tarixində medal qazanan bütün baş məşqçilərin siyahısı müəyyənləşib.

“QELEBE.AZ”un araşdırmasına əsasən, hər mövsüm üzrə qızıl, gümüş və bürünc mükafat əldə edən mütəxəssislərin adları sıralanıb.

“Qarabağ”ın hazırkı baş məşqçisi Qurban Qurbanov baş tutan 30 çempionatın az qala yarısında – 14-də fəxri kürsüyə qalxıb. 51 yaşlı mütəxəssis ilk tituluna 2006/2007 mövsümündə “Neftçi”ni çempionatın ikincisi etməklə yiyələnib.

Qurbanov 2008-ci ildən rəhbərlik etdiyi “Qarabağ”a 9 qızıl, 2 gümüş, 2 bürünc medal qazandırıb.

Mükafat sayında ikinci sırada Ağasəlim Miracavadov qərarlaşıb. O, baş məşqçilik dönəmində komandalarına 5 çempionluq qazandırıbsa, 1 dəfə ikinci, 1 dəfə isə üçüncülüklə kifayətlənib.

Mehman Allahverdiyev 6, Kazbek Tuayev isə 5 dəfə ilk “üçlüy”ə düşmək sevinci yaşayıb. Fərq ondadır ki, Tuayev 4 qızıl, 1 gümüş, Allahverdiyev isə 3 qızıl, 1 gümüş, 2 bürünc medala yiyələnib.

Murad Musayev və Laurentsiu Regekampf bu mövsüm müvafiq olaraq “gümüş” və “bürünc”ə sahib olublarsa, hazırda Premyer Liqada çalışan mütəxəssislərdən Şahin Diniyev, Tərlan Əhmədov, Samir Abasov, Ayxan Abbasov və Rəşad Sadıqov da əvvəl mükafatçılar sırasına düşüblər.

Mövsüm

Çempion

II yer

III yer

1992

Əhməd Ələsgərov (“Neftçi”)

Sabir Əliyev

(“Xəzər Sumqayıt”)

Ruslan Abdullayev (“Turan”)

1993

Ağasəlim Mircavadov (“Qarabağ”)

Sabir Əliyev

(“Xəzər Sumqayıt”)

Ruslan Abdullayev (“Turan”)

1993/94

Kazbek Tuayev (“Turan”)

Ağasəlim Mircavadov (“Qarabağ”)

Mehman Allahverdiyev (“Kəpəz”)

1994/95

Mehman Allahverdiyev (“Kəpəz”)

Kazbek Tuayev (“Turan”)

Vaqif Sadıqov (“Neftçi”)

1995/96

Kazbek Tuayev (“Neftçi”)

Nadir Qasımov (“Xəzri”)

Mehman Allahverdiyev (“Kəpəz”)

1996/97

Kazbek Tuayev (“Neftçi”)

Elbrus Abbasov (“Qarabağ”)

Rəşid Özbəyov (“Xəzri”)

1997/98

Mehman Allahverdiyev (“Kəpəz”)

Yaşar Abdulov (“Dinamo”)

Ramiz Kazımov (“Şəmkir”)

1998/99

Mehman Allahverdiyev (“Kəpəz”)

Asəf Namazov (“Şəmkir”)

Əhməd Ələsgərov (“Neftçi”)

1999/2000

Ağasəlim Mircavadov (“Şəmkir”)

Mehman Allahverdiyev (“Kəpəz”)

Şamil Heydərov (“Neftçi”)

2000/01

Ağasəlim Mircavadov (“Şəmkir”)

Oqtay Abdullayev (“Neftçi”)

Qəhrəman Əliyev (“Viləş”)

2001/02

yarımçıq qalıb

2002/03

keçirilməyib

2003/04

Kazbek Tuayev (“Neftçi”)

Qəhrəman Əliyev (“Şəmkir”)

Şahin Diniyev (“Qarabağ-Azərsun”)

2004/05

Ağasəlim Mircavadov (“Neftçi”)

Rasim Kara (“Xəzər Lənkəran”)

Yunis Hüseynov (“Karvan”)

2005/06

Böyükağa Hacıyev (“Bakı”)

Yunis Hüseynov (“Karvan”)

Ağasəlim Mircavadov (“Neftçi”)

2006/07

Ağasəlim Mircavadov (“Xəzər Lənkəran”)

Qurban Qurbanov (“Neftçi”)

Böyükağa Hacıyev (“Bakı”)

2007/08

Valentin Xodukin (“İnter”)

Əsgər Abdullayev (“Olimpik”)

Anatoli Demyanenko (“Neftçi”)

2008/09

Qyoko Haciyevski (“Bakı”)

Valentin Xodukin (“İnter”)

Roman Pokora (“Simurq”)

2009/10

Kaxaber Sxadadze (“İnter”)

Cüneyt Biçər (“Bakı”)

Qurban Qurbanov (“Qarabağ”)

2010/11

Arif Əsədov (“Neftçi”)

Mirça Rednik (“Xəzər Lənkəran”)

Qurban Qurbanov (“Qarabağ”)

2011/12

Böyükağa Hacıyev (“Neftçi”)

Yunis Hüseynov (“Xəzər Lənkəran”)

Kaxaber Sxadadze (“İnter”)

2012/13

Böyükağa Hacıyev (“Neftçi”)

Qurban Qurbanov (“Qarabağ”)

Kaxaber Sxadadze (“İnter”)

2013/14

Qurban Qurbanov (“Qarabağ”)

Kaxaber Sxadadze (“İnter”)

Yuri Syomin (“Qəbələ”)

2014/15

Qurban Qurbanov (“Qarabağ”)

Kaxaber Sxadadze (“İnter”)

Roman Qriqorçuk (“Qəbələ”)

2015/16

Qurban Qurbanov (“Qarabağ”)

Adil Şükürov (“Zirə”)

Roman Qriqorçuk (“Qəbələ”)

2016/17

Qurban Qurbanov (“Qarabağ”)

Roman Qriqorçuk (“Qəbələ”)

Zaur Svanadze (“İnter”)

2017/18

Qurban Qurbanov (“Qarabağ”)

Roman Qriqorçuk (“Qəbələ”)

Tərlan Əhmədov (“Neftçi”)

2018/19

Qurban Qurbanov (“Qarabağ”)

Roberto Bordin (“Neftçi”)

Aftandil Hacıyev (“Səbail”)

2019/20

Qurban Qurbanov (“Qarabağ”)

Füzuli Məmmədov (“Neftçi”)

Tərlan Əhmədov (“Keşlə”)

2020/21

Samir Abasov (“Neftçi”)

Qurban Qurbanov (“Qarabağ”)

Ayxan Abbasov (“Sumqayıt”)

2021/22

Qurban Qurbanov (“Qarabağ”)

Samir Abasov (“Neftçi”)

Rəşad Sadıqov (“Zirə”)

2022/23

Qurban Qurbanov (“Qarabağ”)

Murad Musayev (“Sabah”)

Laurentsiu Regekampf (“Neftçi”)

Futbol
Samir Abasov: "Komandamın əziyyətinə kölgə salmaq istəmirəm"

Samir Abasov: "Komandamın əziyyətinə kölgə salmaq istəmirəm"

Futbol
KİV: Ronaldu “Napoli”-yə keçir

KİV: Ronaldu “Napoli”-yə keçir

Futbol
"Qarabağ" azarkeşləri stadiona mühafizə xidmətinin müşayiəti ilə gedəcək

"Qarabağ" azarkeşləri stadiona mühafizə xidmətinin müşayiəti ilə gedəcək

Futbol
"Zirə"nin legioneri milli komandaya dəvət alıb

"Zirə"nin legioneri milli komandaya dəvət alıb

Futbol
FIFA növbəti mundialın qrup mərhələsində penaltilər seriyası tətbiq etməyi planlaşdırır

FIFA növbəti mundialın qrup mərhələsində penaltilər seriyası tətbiq etməyi planlaşdırır

Futbol
DÇ-2022: Argentinanın Fransaya, cənubi amerikalıların avropalılara qarşı üstünlüyü - TƏHLİL

DÇ-2022: Argentinanın Fransaya, cənubi amerikalıların avropalılara qarşı üstünlüyü - TƏHLİL

Futbol
Premyer Liqa: "Qəbələ" "Sabah"ı qəbul edəcək

Premyer Liqa: "Qəbələ" "Sabah"ı qəbul edəcək

Futbol
DÇ-2022: Portuqaliya İsveçrəni 6:1 məğlub edərək 1/4 finala yüksəlib

DÇ-2022: Portuqaliya İsveçrəni 6:1 məğlub edərək 1/4 finala yüksəlib

Futbol
Azərbaycan kubokunda iştirakçı sayı açıqlanıb

Azərbaycan kubokunda iştirakçı sayı açıqlanıb

Futbol
Azərbaycan millisi Türkiyəyə böyük hesabla uduzub

Azərbaycan millisi Türkiyəyə böyük hesabla uduzub

Futbol
"Çelsi" daha bir futbolçunu transfer edib

"Çelsi" daha bir futbolçunu transfer edib

Futbol
Azərbaycan Premyer Liqasının dəyəri qalxıb, "Qarabağ"da azalıb

Azərbaycan Premyer Liqasının dəyəri qalxıb, "Qarabağ"da azalıb