AVF prezidenti yeniyetmə voleybolçularla görüşüb

AVF prezidenti yeniyetmə voleybolçularla görüşüb

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov yeniyetmə və gənc voleybolçularla görüşüb.

Federasiyadan “Report”a verilən məlumata görə, vitse-prezidentlər Faiq Qarayev, Bəhruz Quliyev və baş katib Faiq Orucovun iştirak etdiyi yığıncağa 19-21 may tarixlərində AVF-də keçirilmiş 15 yaşadək qızlar arasında turnirdə fərqlənən oyunçular və onların məşqçiləri qatılıblar.

Şahin Bağırov onlarla söhbətində voleybolun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, bu işdə gənclərin yaxından iştirakının zəruriliyini ifadə edib. Federasiya rəhbəri dərslə bərabər məşqlərə də vaxt ayırdıqları üçün voleybolçulara və onların valideynlərinə təşəkkür edib. Voleybolçuların problemləri ilə maraqlanan Ş.Bağırov onları bir neçə gün əvvəl keçirilmiş turnirdə sərgilədikləri gözəl oyun münasibətilə təbrik edib, gələcək yarışlarında uğurlar arzulayıb.

Daha sonra çıxış edən Faiq Qarayev gənclərin məşq prosesinə necə yanaşmalı olduqlarından danışıb. Peşəkar voleybolçu kimi yetişmək istiqamətində məsləhətlərini verən F.Qarayev gənclərə karyeralarında uğurlar arzulayıb.

Daha sonra “Azərreyl-2” komandasının baş məşqçisi, Əməkdar məşqçi Alla Həsənova da fikirlərini bölüşüb. O, yarışda fərqlənən voleybolçuların seçim əsasında millinin ikinci komandasına cəlb ediləcəklərini bildirib. A.Həsənova belə seleksiya tipli yarışların tez-tez keçirilməsinin vacib olduğunu deyib. Qeyd edib ki, məhz bu yarışlarda oyunçular özlərini göstərmək və təcrübə toplamaq imkanı qazanırlar.

Sonda görüş iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

Komanda
Beynəlxalq Paralimpiya Komitəsi Rusiya və Belarusun üzvlüyünü dayandırıb

Beynəlxalq Paralimpiya Komitəsi Rusiya və Belarusun üzvlüyünü dayandırıb

Komanda
"Azerreyl" komandasının yeni baş məşqçisi bəlli olub

"Azerreyl" komandasının yeni baş məşqçisi bəlli olub

Komanda
Millinin keçmiş oyunçusu: “Barselona”ya qol vuran ilk azərbaycanlıyam”

Millinin keçmiş oyunçusu: “Barselona”ya qol vuran ilk azərbaycanlıyam”

Komanda
Həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək

Həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək

Komanda
Voleybol üzrə dünya çempionatında bütün yarımfinalçılar bəlli olub

Voleybol üzrə dünya çempionatında bütün yarımfinalçılar bəlli olub

Komanda
Qadın voleybolçular arasında Azərbaycan çempionatına start verilib

Qadın voleybolçular arasında Azərbaycan çempionatına start verilib

Komanda
"Xarı Bülbül Şuşa" komandası yoxlama oyununda "Murov"a qalib gəlib

"Xarı Bülbül Şuşa" komandası yoxlama oyununda "Murov"a qalib gəlib

Komanda
Türkiyə millisinin basketbolçusu Gürcüstanda hücuma məruz qalıb

Türkiyə millisinin basketbolçusu Gürcüstanda hücuma məruz qalıb

Komanda
Azərbaycan Basketbol Liqasında 3-cü tur yekunlaşıb

Azərbaycan Basketbol Liqasında 3-cü tur yekunlaşıb

Komanda
"Qarabağ"ın rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb

"Qarabağ"ın rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb

Komanda
NBA tarixində tamaşaçı rekordu qeydə alınıb

NBA tarixində tamaşaçı rekordu qeydə alınıb

Komanda
ABŞ-da 16 yaşlı hokkeyçi zorakılığa görə intihar edib

ABŞ-da 16 yaşlı hokkeyçi zorakılığa görə intihar edib