Məcburi köçkün məktəblilər arasında Ulu Öndərin 100 illiyinə həsr olunmuş turnir keçirilib

Məcburi köçkün məktəblilər arasında Ulu Öndərin 100 illiyinə həsr olunmuş turnir keçirilib

Bakının Qaradağ rayonunun "Qobu Park 2" yaşayış kompleksindəki məktəbin idman zalında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycan Fullkontakt Kyokuşin Karate Federasiyasının və “Hünər” idman klubunun təşkilatçılığı ilə, məcburi köçkün məktəblilər arasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnir keçirilib.

Komitədən "QELEBE.AZ"a verilən məlumata görə, əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev açılış mərasimindəki çıxışında Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərini qeyd edib, ölkəmizə rəhbərliyinin hər iki dövründə idmanın və bədən tərbiyəsinin inkişafına, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə xüsusi diqqət və qayğı göstərdiyini bildirib. Prezident İlham Əliyevin bu strateji xətti uğurla davam etdirdiyi, əhalinin, o cümlədən uşaq və gənclərin bədən tərbiyəsi və idmanla məşğul olması üçün hər yerdə əlverişli şərait yaradıldığı, idmançılarımızın böyük nailiyyətlər qazandığı, həmçinin Azərbaycanın dünyada ən mötəbər yarışların keçirildiyi idman ölkəsi kimi tanındığı vurğulanıb. Məcburi köçkün ailələrinin övladlarının da müxtəlif idman növləri ilə məşğul olduqları və uğurlu nəticələr göstərdikləri diqqətə çatdırılıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın qaçqın və məcburi köçkünlərlə bağlı məsələlərə, o cümlədən bu ailələrdən olan uşaqların və yeniyetmələrin fiziki, mənəvi sağlamlığının qorunmasına həssaslıqla yanaşdığı, onların təhsilinə, mədəni inkişafına hərtərəfli dəstək verdiyi qeyd olunub.

Bildirilib ki, məcburi köçkünlər üçün salınmış qəsəbələrdə idmanın və bədən tərbiyəsinin kütləviliyinin təmin edilməsi məqsədilə zəruri qurğu və meydançalar yaradılıb, müxtəlif idman növləri üzrə bölmələr fəaliyyət göstərir.

Turnir 6-15 yaşlı uşaqlar arasında 5 yaş qrupu və bir neçə çəki dərəcəsi üzrə keçirilib. Yarışda müxtəlif klubları təmsil edən 50 idmançı mübarizə aparıb. Turnirin məqsədi uşaqlara və yeniyetmələrə cəldlik, dözümlülük kimi vacib keyfiyyətlər aşılayan fullkontakt kyokuşin karate idman növünə marağı artırmaq, fiziki sağlam gənclərin yetişməsinə dəstək olmaqdır.

Turnirdə Azərbaycan Kyokuşin Karate Federasiyasının vitse-prezidenti Allahverdi Rüstəmov, "Huner Group"un təsisçisi və direktoru Ehtiram Quliyev, digər şəxslər iştirak ediblər.

Turnirin sonunda qaliblərə medallar və sertifikatlar təqdim olunub.

Fərdi
Putin ŞƏT-ə üzv ölkələr arasında idman yarışlarının təşkilini təklif edib

Putin ŞƏT-ə üzv ölkələr arasında idman yarışlarının təşkilini təklif edib

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb

Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb

Fərdi
AMADA ötən ay narkotiklə bağlı 195 nəfər arasında sorğu keçirib

AMADA ötən ay narkotiklə bağlı 195 nəfər arasında sorğu keçirib

Fərdi
Fərid Qayıbov: “Bizim üçün çətin il olacaq”

Fərid Qayıbov: “Bizim üçün çətin il olacaq”

Fərdi
Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinala vəsiqə qazanıb

Fərdi
Azərbaycan cüdoçuları Avstriyada Olimpiya təlim düşərgəsində iştirak edir

Azərbaycan cüdoçuları Avstriyada Olimpiya təlim düşərgəsində iştirak edir

Fərdi
Rusiya və Belarus sakinləri ABŞ-dakı marafona buraxılmayacaq

Rusiya və Belarus sakinləri ABŞ-dakı marafona buraxılmayacaq

Fərdi
Fərid Qayıbov: “Azərbaycan futbolunda güclü islahatlar lazımdır”

Fərid Qayıbov: “Azərbaycan futbolunda güclü islahatlar lazımdır”

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Fərdi
Avropa çempionatı: Turan Bayramov qalib gəlib, digər 3-ü uduzub

Avropa çempionatı: Turan Bayramov qalib gəlib, digər 3-ü uduzub

Fərdi
Bakıda keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokuna satılmış biletlərin sayı açıqlanıb

Bakıda keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokuna satılmış biletlərin sayı açıqlanıb

Fərdi
Azərbaycan yığmasının üzvü: “Bəzi yarışlarda qızıl medal qazanacağımı gözləyirdim”

Azərbaycan yığmasının üzvü: “Bəzi yarışlarda qızıl medal qazanacağımı gözləyirdim”