Rəşad Sadıqov: "Bu mövsüm avrokuboklara getməməyi gözə almışıq"

Rəşad Sadıqov: "Bu mövsüm avrokuboklara getməməyi gözə almışıq"

"Bu mövsüm avrokuboklara getməməyi gözə almışıq".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Kəpəz"lə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXXIV tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bugünkü xal itkisi ilə vəziyyəti daha da çətinləşdirdiklərini bildirib: "Önsuz da, durumumuz yaxşı deyildi. Yenə də sona qədər mübarizə aparmağa çalışırıq. Şansımızı qorumaq üçün "Turan Tovuz" və "Kəpəz"lə matçlarda mütləq şəkildə qələbə qazanmalıydıq. Bu gün 3 xal götürüb "Qəbələ"ni basqı altına salmaq olardı. Amma bu görüşdə qalib gələ bilmirsənsə, deməli, rəqibə üstünlük verirsən. Təqvim də bizim üçün uyğun əlverişli deyil. Gələn tur "Sabah"la oynamalıyıq".

O, qələbə qazana bilmədikləri üçün məyus olduqlarını etiraf edib: "Hər iki komanda yaxşı mübarizə apardı. Qələbəyə köklənmişdik, amma alınmadı, istəyimizi həyata keçirə bilmədik. Planlaşdırmadığımız növbəti xal itkisi ilə üzləşdik".

Sadıqovun sözlərinə görə, qalibiyyət üçün hücumda dəqiqlik, müdafiədə isə diqqətli oyun çatmadı: "İlk hissədə yaxşı epizodlarımız oldu. Bir topumuz dirəkdən döndü, vurduğumuz qol sayılmadı. Yenə santimetrlərlə ələ toxunuş tapılıb çıxarıldı. Həftə ərzində təhlil etdiyimiz əsas məqam rəqibin standart vəziyyətlər zamanı təhlükəli olması idi. Səhv etmirəmsə, 4 və ya 5 qol vurublar. Bu gün məhz künc zərbəsindən top buraxdıq. Təəssüf ki, futbolçular bu məsələdə tapşırığımı tam diqqətə almayıb boşluq verdilər. Düşünürəm ki, həmin qolun xal itirməyimizdə böyük rolu oldu".

Baş məşqçisi ukraynalı hücumçu Vladislav Kulaçın zədələnməsinə də toxunub: "Əsas qol silahın meydanı tərk edirsə, bu, komanda üçün həm psixoloji, həm də oyun keyfiyyəti baxımından böyük itkidir. Bilirsiniz ki, son matçlarda vurduğumuz qolların əksəriyyətində onun imzası var idi. Mövsümün vacib hissəsində zədələndi. Hər dəfə "Kəpəz"lə oyunlarda bir hadisə baş verir. Əvvəlki 3 matçı azlıqda keçirmişdik, bu dəfə isə aparıcı futbolçumuz zədələndi. Amma bu, istənilən halda qələbə qazanmağımıza mane olmamalı idi".

Futbol
Türkiyə klubu onkoloji xəstəliyi olan futbolçunu göndərdiyi üçün cəzalanıb

Türkiyə klubu onkoloji xəstəliyi olan futbolçunu göndərdiyi üçün cəzalanıb

Futbol
"Zirə" klubunda yeni məşqçi təyin olunub

"Zirə" klubunda yeni məşqçi təyin olunub

Futbol
Fransa millisində kapitanlığa 3 namizəd seçilib

Fransa millisində kapitanlığa 3 namizəd seçilib

Futbol
"Atletik"in futbolçusu ardıcıl 246 oyuna çıxmaqla 28 illik rekordu yeniləyib

"Atletik"in futbolçusu ardıcıl 246 oyuna çıxmaqla 28 illik rekordu yeniləyib

Futbol
KİV: "Liverpul" satışa çıxarılıb"

KİV: "Liverpul" satışa çıxarılıb"

Futbol
Fransa klubu erməni futbolçunu Bakıya gətirməyəcək

Fransa klubu erməni futbolçunu Bakıya gətirməyəcək

Futbol
İngiltərə Premyer Liqasında transfer rekordları qeydə alınıb

İngiltərə Premyer Liqasında transfer rekordları qeydə alınıb

Futbol
İranda Azərbaycan əsilli futbolçu barəsində ölüm hökmü çıxarılıb

İranda Azərbaycan əsilli futbolçu barəsində ölüm hökmü çıxarılıb

Futbol
Millətlər Liqası: Daha 5 ölkə pley-offa vəsiqəni təmin edə bilər

Millətlər Liqası: Daha 5 ölkə pley-offa vəsiqəni təmin edə bilər

Futbol
“Sabah” rekordçusu ilə müqaviləni yeniləyib

“Sabah” rekordçusu ilə müqaviləni yeniləyib

Futbol
Bu gün Premyer Liqada Azərbaycan derbisi keçiriləcək

Bu gün Premyer Liqada Azərbaycan derbisi keçiriləcək

Futbol
Avstriya - Azərbaycan oyunu üçün bilet satışı təxirə salınıb

Avstriya - Azərbaycan oyunu üçün bilet satışı təxirə salınıb