Dünya çempionatı: Hidayət Heydərov bürünc medal uğrunda görüşdə məğlub olub - YENİLƏNİB - 2

Dünya çempionatı: Hidayət Heydərov bürünc medal uğrunda görüşdə məğlub olub - YENİLƏNİB - 2

Azərbaycan cüdoçusu Hidayət Heydərov Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşdə məğlub olub.

“Report”un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionu yaponiyalı Soişi Haşimoto ilə bacarmayıb.

Bununla da o, karyerasında 4-cü dəfə dünya çempionatının bürünc medalını qazanmaq şansını əldən verib.

Qeyd edək ki, daha əvvəl kişilərdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), qızlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar. Mayın 10-da Səid Mollayi (81 kq) mübarizə aparacaq. Dünya çempionatı mayın 14-də başa çatacaq.

17:22

Azərbaycan cüdoçusu Hidayət Heydərov Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatının yarımfinalında məğlub olub.

“Report”un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionu italiyalı Manuel Lombardo ilə bacarmayıb.

26 yaşlı cüdoçu ilk üç rəqibini məğlub etsə də, Lombardoya uduzub. Heydərov karyerasında dördüncü dəfə dünya çempionatının bürünc medalını qazanmaq şansını davam etdirir. O, üçüncü yer uğrunda görüşdə yaponiyalı altıqat dünya çempionu Soişi Haşimoto ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl kişilərdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), qızlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar. Mayın 10-da Səid Mollayi (81 kq) mübarizə aparacaq. Dünya çempionatı mayın 14-də başa çatacaq.

16:09

Azərbaycan cüdoçusu Hidayət Heydərov Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

“Report”un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionu ilk üç rəqibini məğlubiyyətə uğradıb.

26 yaşlı cüdoçu 1/16 finalda Adil Osmanova (Moldova), 1/8 finalda Cek Yonezukaya (ABŞ), 1/4 finalda isə Artur Margelidona (Kanada) qalib gəlib.

İki dəfə mundialın bürünc mükafatına sahib çıxan Heydərov bu dəfə çempionluq şansını davam etdirir. Onun yarımfinaldakı rəqibi italiyalı Manuel Lombardo olacaq.

Qeyd edək ki, daha əvvəl oğlanlarda Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), qızlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar. Mayın 10-da Səid Mollayi (81 kq) mübarizə aparacaq. Dünya çempionatı mayın 14-də başa çatacaq.

Fərdi
Kikboksinq üzrə Respublika Kubokunun qalibləri bəlli olub

Kikboksinq üzrə Respublika Kubokunun qalibləri bəlli olub

Fərdi
Azərbaycan cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Azərbaycan cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Fərdi
Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub

Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub

Fərdi
Eldəniz Əzizli: “Bakıda keçirilən yarış ikiqat məsuliyyətli olur”

Eldəniz Əzizli: “Bakıda keçirilən yarış ikiqat məsuliyyətli olur”

Fərdi
Bakıda keçiriləcək güləş üzrə Dünya Kubokunun medalları hazırlanıb

Bakıda keçiriləcək güləş üzrə Dünya Kubokunun medalları hazırlanıb

Fərdi
Azərbaycan boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb

Azərbaycan boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb

Fərdi
"Shusha Chess 2022": Məmmədyarov qələbə qazanıb, Rəcəbov heç-heçə edib

"Shusha Chess 2022": Məmmədyarov qələbə qazanıb, Rəcəbov heç-heçə edib

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov 1/4 final görüşünə çıxacaq

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov 1/4 final görüşünə çıxacaq

Fərdi
Dünya çempionatı: Azərbaycan taekvondoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycan taekvondoçusu mübarizəyə başlayır

Fərdi
Azərbaycan güləşçisi dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəlib

Azərbaycan güləşçisi dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəlib

Fərdi
Bakıda mükafat fondu 400 min manat olan şahmat turniri keçirilə bilər

Bakıda mükafat fondu 400 min manat olan şahmat turniri keçirilə bilər

Fərdi
Federasiya prezidenti Gəncədə cüdo təlim mərkəzinə baxış keçirib

Federasiya prezidenti Gəncədə cüdo təlim mərkəzinə baxış keçirib