“Prezident Kuboku-2023” beynəlxalq reqatasına start verilib, ilk qaliblər bəlli olub

“Prezident Kuboku-2023” beynəlxalq reqatasına start verilib, ilk qaliblər bəlli olub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatasına start verilib.

"Report"un məlumatına görə, yarışın ilk günü Suqovuşanda baş tutub

Əvvəlcə 2005-2006-cı il təvəllüdlü oğlanlar birnəfərlik kayakda 200 metr məsafəyə yarışda qüvvələrini sınayıblar. Elmir Məmmədov (Azərbaycan) birinci, Sezar Amari (Moldova) ikinci, Radislav Çifliqarov (Bolqarıstan) isə üçüncü yeri tutub.

Eyni məsafəyə bir nəfərlik kayakda 2007-2008-ci il təvəllüdlü qızların mübarizəsində Yıldız Özgün Naz (Türkiyə) qızıl, Mişel Fessun (Ukrayna) gümüş, Mixaela Rusu (Rumıniya) isə bürünc medal qazanıb.

2009-2010-cu il təvəllüdlü qızların yarışında isə Evelina Kostenko (Qazaxıstan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İzabela Aleksandra Jarnovska (Polşa) və Sofiya Nenno (Moldova) müvafiq olaraq 2-3-cü pillənin sahibi olublar.

2005-2006-cı il təvəllüdlü qızların bu məsafəyə birnəfərlik kayak qayığı ilə mübarizəsində Evrim Bostançı (Türkiyə) bütün rəqiblərini qabaqlayıb. Andrea Botnariuk (Rumıniya) gümüş, Darina Həsənova (Azərbaycan ) isə bürünc medala yiyələniblər.

Eyni yaş qrupuna aid oğlanlar arasında Nika Odişelidze (Gürcüstan) finişə hamıdan tez çatıb. Ali Kemal Sarar (Türkiyə) birinci, Maarif Həsənov (Azərbaycan) isə ikinci yeri tutublar.

2009-2010-cu il təvəllüdlü oğlanların mübarizəsində qızıl medal Lev Luninə (Moldova), gümüş medal Nihad Rəhimova (Azərbaycan), bürünc medal isə Can Halilə (Bolqarıstan) qismət olub.

Nəhayət, 2005-2008-ci il təvəllüdlü qızların birnəfərlik kanoe qayığı ilə 200 metr məsafəyə yarışında Manana Petriaşvili (Gürcüstan) birinci olub. Ulyana İvanova (Qazaxıstan) gümüş, Gülnarə Həmzəyeva (Azərbaycan) isə bürünc medal əldə edib.

Qeyd edək ki, mayın 7-dək davam edəcək reqatada 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı qüvvəsini sınayacaq.

Yarışın ilk mərhələsi Suqovuşanda, növbəti mərhələləri Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində, mükafatlandırılma və bağlanış mərasimi isə Bakıda keçiriləcək.a

Fərdi
Azərbaycanın stolüstü tennisçisi 1/4 finala yüksəlib

Azərbaycanın stolüstü tennisçisi 1/4 finala yüksəlib

Fərdi
Dünya çempionatı: Azərbaycanın qrup komandası final mərhələsinə yüksəlib

Dünya çempionatı: Azərbaycanın qrup komandası final mərhələsinə yüksəlib

Fərdi
"Shusha Chess 2022" turnirin qalibləri müəyyənləşib - YENİLƏNİB

"Shusha Chess 2022" turnirin qalibləri müəyyənləşib - YENİLƏNİB

Fərdi
Azərbaycan taekvondoçusu Avropa üçüncüsü olub

Azərbaycan taekvondoçusu Avropa üçüncüsü olub

Fərdi
Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub

Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub

Fərdi
Milli Paralimpiya Komitəsində baş məşqçilərlə iclas keçirilib

Milli Paralimpiya Komitəsində baş məşqçilərlə iclas keçirilib

Fərdi
"Vüqar Həşimov Memorialı-2022": Məmmədyarov Azərbaycan təmsilçiləri ilə üz-üzə gələcək

"Vüqar Həşimov Memorialı-2022": Məmmədyarov Azərbaycan təmsilçiləri ilə üz-üzə gələcək

Fərdi
Güləş üzrə Azərbaycan çempionatının püşkü atılıb

Güləş üzrə Azərbaycan çempionatının püşkü atılıb

Fərdi
BŞH velosiped zolağının inşası ilə bağlı açıqlama verib

BŞH velosiped zolağının inşası ilə bağlı açıqlama verib

Fərdi
AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb

AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb

Fərdi
Anna Başta Qran-pri yarışında 5-ci yeri tutub

Anna Başta Qran-pri yarışında 5-ci yeri tutub

Fərdi
Bakıdakı dünya çempionatında yenilik tətbiq olunacaq

Bakıdakı dünya çempionatında yenilik tətbiq olunacaq