Rəşad Sadıqov: "Qolun niyə sayılmadığını anlamadım, xətti diaqonal çəkmişdilər"

Rəşad Sadıqov: "Qolun niyə sayılmadığını anlamadım, xətti diaqonal çəkmişdilər"

"Qolun niyə sayılmadığını başa düşmədim. Xətti diaqonal çəkmişdilər. Bunun açıqlamasını versələr, yaxşı olar".

"Report"un məlumatına görə, bunları "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Turan Tovuz"a 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın XXXII tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, matçın qırılma nöqtəsi Vladislav Kulaçın vurduğu qolun sayılmaması olub: "Həmin epizod bizim qapımızda yaşansaydı, qolu qeydə alacaqdılar, heç baş hakim VAR-a da çağırılmayacaqdı. Penalti zamanı 8 dəqiqəlik fasilə yarandı, zərbəni vuran futbolçu uzun müddət gözlədi. VAR-a bu qədər baxmazlar. Rauf Cabbarov canlı səddi quranda 3-5 dəqiqə futbolçularla mübahisə etdi. Belə futbol olar? Bu cür hallar oyunu çox "sındırır". Uduzmuşuq deyə, bunların üzərində çox dayanmaq istəmirəm. Rəqibi təbrik edirəm. Daha yaxşı oynamalı idik".

O, görüşü şərh etməyin çox çətin olduğunu söyləyib: "Qələbəyə köklənmişdik. Amma oyun bizim üçün tərs başladı. Rəqibin ilk standart vəziyyəti qolla nəticələndi. Bundan sonra çoxsaylı hücumlar etsək də, nəticədə öz əksini tapmadı. İlk hissədəki hadisələrə görə futbolçular çox gərgin idilər. Fasilədə onları sakitləşdirməyə çalışdıq. Amma ikinci yarı da eyni ssenari ilə başladı. Əslində hər şey başqa cür də bitə bilərdi. Amma rəqib bu gün 4 standart vəziyyətdən qol vurdu, biri sayılmadı. Nə vurdularsa, hamısı qol oldu".

Baş məşqçi bu mövsüm çox şanssızlıq yaşadıqlarını vurğulayıb: "Meydana buraxmaq üçün cinah müdafiəçisi tapa bilmirdik. Üçü zədəli, biri isə cəzalı idi. Məğlubiyyətlə barışıb növbəti turlara baxacağıq. Qarşıda bizi daha 4 oyun gözləyir. Dördüncü yerdəki "Qəbələ" ilə xal fərqimiz artdı. Əslində hər şey ötən turda oldu. "Qəbələ" geridönüş etdi, biz isə son dəqiqədə qələbə topunu vura bilmədik. Nəticədə komandanın üstündə psixoloji təzyiq yarandı".

Sadıqov komandasının son 3 oyunda standart vəziyyətdən qol buraxmasına da toxunub: "Bəzən meydana hücumameylli futbolçuları buraxırsan və onlar standart vəziyyətlər zamanı zəif olurlar. Bu amil də öz rolunu oynadı. Amma bu qədər olmamalıdır. Dörd standart vəziyyətin hamısının qolla nəticələnməsi bir oyun üçün bir az çoxdur".

Futbol
Samuel Eto əlcəzairli yutuberin sifətinə təpiklə zərbə vurub

Samuel Eto əlcəzairli yutuberin sifətinə təpiklə zərbə vurub

Futbol
Çempionlar Liqası: Mahir Emreli ehtiyatda qalıb, komandası "Milan"a uduzub

Çempionlar Liqası: Mahir Emreli ehtiyatda qalıb, komandası "Milan"a uduzub

Futbol
"Qarabağ"ın futbolçusu: "Bir xal da pis nəticə deyil"

"Qarabağ"ın futbolçusu: "Bir xal da pis nəticə deyil"

Futbol
Avropa Liqası: "Qarabağ" ilk "10-luq"da yer alıb

Avropa Liqası: "Qarabağ" ilk "10-luq"da yer alıb

Futbol
AVRO-2024: Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olur

AVRO-2024: Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olur

Futbol
Azərbaycan Kuboku: "Qəbələ" 1/4 finala yüksələrək "Qarabağ"a rəqib olub

Azərbaycan Kuboku: "Qəbələ" 1/4 finala yüksələrək "Qarabağ"a rəqib olub

Futbol
Pele xəstəxanaya yerləşdirilib

Pele xəstəxanaya yerləşdirilib

Futbol
Rəşad Sadıqov: "Məğlubiyyəti həzm etməliyik"

Rəşad Sadıqov: "Məğlubiyyəti həzm etməliyik"

Futbol
Yevlaxdakı qəzada xəsarət alanlar futbol hakimləri imiş

Yevlaxdakı qəzada xəsarət alanlar futbol hakimləri imiş

Futbol
DÇ-2022: Kanada - Mərakeş matçında 2-ci qol vurulub

DÇ-2022: Kanada - Mərakeş matçında 2-ci qol vurulub

Futbol
Mbappenin 15 yaşlı qardaşı PSJ-də debüt oyununa çıxıb

Mbappenin 15 yaşlı qardaşı PSJ-də debüt oyununa çıxıb

Futbol
Benzema “Sevilya” ilə oyunu buraxacaq

Benzema “Sevilya” ilə oyunu buraxacaq