FHN-in qurumları arasında stolüstü tennis üzrə çempionat keçirilib

FHN-in qurumları arasında stolüstü tennis üzrə çempionat keçirilib

Aprelin 25-26-da Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun idman arenasında “Heydər Əliyev İli”nə həsr olunmuş stolüstü tennis üzrə çempionat keçirilib.

Bu barədə “Report”a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə keçirilən çempionatda FHN-in Aparatı və qurumlarını təmsil edən 18 komandadan 45-ə yaxın əməkdaş qüvvəsini sınayıb. Komandalar həm şəxsi, həm də komanda hesabında qüvvələrini sınayıblar.

Çempionatın bağlanış mərasimində, əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qalib idmançıları təbrik edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev müstəqil Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. O, qeyd edib ki, Ulu Öndər digər sahələrdə olduğu kimi, ölkə idmanının inkişaf strategiyasını da müəyyənləşdirib və bu istiqamətdə həyata keçirilən kompleks tədbirlər nəticəsində qısa müddətdə böyük uğurlar qazanılıb.

Vurğulanıb ki, Ümummilli Liderin mütərəqqi siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün Azərbaycan sözün əsl mənasında idman ölkəsinə çevrilib, dünya idman arenalarında respublikamızı layiqincə təmsil edən idmançılar yetişib.

Sonra çempionatda uğur qazanmış komandalar və şəxsi birincilikdə fərqlənən idmançılar təltif olunublar. Zaur Mikayılovun baş hakimi olduğu çempionatda FHN Dövlət Yanğından Mühafizə Xİdmətinin komandası bütün rəqiblərinə qalib gələrək birinci yerin sahibi olub. İkinci yerə FHN-in Şimal-qərb Regional Mərkəzinin, üçüncü yerə isə Mülki müdafiə qoşunlarının komandası layiq görülüb.

Şəxsi yarışlarda çempion adını Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Əli Bayramov qazanıb. İkinci yerə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı İlqar Cəfərov, üçüncü yerə isə Aviasiya dəstəsinin əməkdaşı Taleh Nəbiyev sahib olub.

Qaliblərə kubok, diplom, medallar və qiymətli hədiyyələr təqdim olunub.

Fərdi
ASAPES-də Zəfər Gününə həsr edilmiş sənədli filmin təqdimatı olub

ASAPES-də Zəfər Gününə həsr edilmiş sənədli filmin təqdimatı olub

Fərdi
ASAPES-də İsrailli professorun seminarı başlayıb

ASAPES-də İsrailli professorun seminarı başlayıb

Fərdi
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub - YENİLƏNİB

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub - YENİLƏNİB

Fərdi
İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü akula kimi hiss edirəm"

İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü akula kimi hiss edirəm"

Fərdi
İran millisinin üzvü idman rəsmilərinin qarşısında çarşabını çıxarıb

İran millisinin üzvü idman rəsmilərinin qarşısında çarşabını çıxarıb

Fərdi
Fərid Qayıbov: “İnanıram ki, növbəti yarışlarda iştirakçı ölkələrin sayı daha çox olacaq”

Fərid Qayıbov: “İnanıram ki, növbəti yarışlarda iştirakçı ölkələrin sayı daha çox olacaq”

Fərdi
Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürüb

Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürüb

Fərdi
İkiqat olimpiya çempionu təyyarə qəzasından sağ çıxıb

İkiqat olimpiya çempionu təyyarə qəzasından sağ çıxıb

Fərdi
Azərbaycan millisinin baş məşqçisi: "Sən nə gözəl, nə böyüksən, uca millətim"

Azərbaycan millisinin baş məşqçisi: "Sən nə gözəl, nə böyüksən, uca millətim"

Fərdi
Azərbaycan cüdoçuları Avstriyada Olimpiya təlim düşərgəsində iştirak edir

Azərbaycan cüdoçuları Avstriyada Olimpiya təlim düşərgəsində iştirak edir

Fərdi
Azərbaycanın daha bir cüdoçusu dünya çempionatını medalsız başa vurub

Azərbaycanın daha bir cüdoçusu dünya çempionatını medalsız başa vurub

Fərdi
"Shusha Chess 2022": Teymur Rəcəbov Şəhriyar Məmmədyarovla qarşılaşacaq

"Shusha Chess 2022": Teymur Rəcəbov Şəhriyar Məmmədyarovla qarşılaşacaq