Azərbaycan millisinin rəqibi: “AVRO-2024-ə vəsiqə qazanacağımıza yüz faiz əminəm”

Azərbaycan millisinin rəqibi: “AVRO-2024-ə vəsiqə qazanacağımıza yüz faiz əminəm”

“Avropa çempionatına vəsiqə qazanacağımıza yüz faiz əminəm”.

"Report" xəbər verir ki, bunu AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik yerli mətbuata açıqlamasında deyib.

65 yaşlı mütəxəssis F qrupunda keçirdikləri ilk iki görüşdən razılıq bildirib: “Əla komandamız var. Bunu Azərbaycan və Estoniya ilə matçlarda bir daha nümayiş etdirdik. Ötən il Avstriya Futbol Assosiasiyasından təklif aldığım zaman cəmi 2-3 gün düşünmüşdüm. Dərhal başa düşdüm ki, burada işləmək həyəcanlı ola bilər və bu kollektivlə böyük iş görmək mümkündür. İndi məqsəd seçmə mərhələdə uğurlu startın davamını gətirməkdir. Komandamızın yüksəlişdə olması və zəngin heyət bunu bacaracağımızın xəbərçisidir”.

Qeyd edək ki, Avstriya yığması seçmə mərhələdəki ilk oyunlarında öz meydanında Azərbaycanı 4:1, Estoniyanı isə 2:1 hesabı ilə məğlub edib. Ralf Ranqnikin kollektivi növbəti matçını iyunun 17-də səfərdə Belçikaya qarşı keçirəcək. Azərbaycan yığması isə həmin gün Estoniyanı qəbul edəcək.

Futbol
Moldova yığmasına Azərbaycan millisi ilə oyun üçün iki yeni futbolçu çağırılıb

Moldova yığmasına Azərbaycan millisi ilə oyun üçün iki yeni futbolçu çağırılıb

Futbol
Azərbaycan millisinin məşqçisi: “Mahir Emreli gələcəyi barədə düşünməlidir”

Azərbaycan millisinin məşqçisi: “Mahir Emreli gələcəyi barədə düşünməlidir”

Futbol
Bakı kəndləri arasında futbol turnirində 3-cü tura yekun vurulub

Bakı kəndləri arasında futbol turnirində 3-cü tura yekun vurulub

Futbol
Dünya Çempionatında rüşvət iddiası ortaya atılıb

Dünya Çempionatında rüşvət iddiası ortaya atılıb

Futbol
Azərbaycan Premyer Liqasında X tura bir oyunla start veriləcək

Azərbaycan Premyer Liqasında X tura bir oyunla start veriləcək

Futbol
Şenol Günəş “Beşiktaş”;n baş məşqçisi təyin olunub

Şenol Günəş “Beşiktaş”;n baş məşqçisi təyin olunub

Futbol
Kilian Mbappe PSJ-də qalmaq üçün üç şərt irəli sürüb

Kilian Mbappe PSJ-də qalmaq üçün üç şərt irəli sürüb

Futbol
Mostbet bukmeyker rəyi

Mostbet bukmeyker rəyi

Futbol
Messi Qvardiolanın futbola çox "zərər" verdiyini bildirib

Messi Qvardiolanın futbola çox "zərər" verdiyini bildirib

Futbol
"Şamaxı" yenidən cərimələnə bilər: "Bəzi klublar qaydalara ciddi yanaşmır"

"Şamaxı" yenidən cərimələnə bilər: "Bəzi klublar qaydalara ciddi yanaşmır"

Futbol
"Olimpiakos" - "Qarabağ" oyunu bir dəqiqəlik sükutla başlayacaq

"Olimpiakos" - "Qarabağ" oyunu bir dəqiqəlik sükutla başlayacaq

Futbol
Tərlan Əhmədov: "Mənim sehirli çubuğum yoxdur"

Tərlan Əhmədov: "Mənim sehirli çubuğum yoxdur"