"Şamaxı" yenidən cərimələnə bilər: "Bəzi klublar qaydalara ciddi yanaşmır"

"Şamaxı" yenidən cərimələnə bilər: "Bəzi klublar qaydalara ciddi yanaşmır"

AFFA İntizam Komitəsi "Şamaxı" klubunu yenidən cəzalandıra bilər.

"QELEBE.AZ"un əldə etdiyi məlumata görə, buna səbəb komandanın ardıcıl ikinci turda eyni səhvi təkrarlamasıdır.

Bölgə təmsilçisi IX turda "Zirə"yə 0:1 hesabı ilə məğlub olduğu oyunda futbolçusu Rövşən Şahmuradovun formasında adının və ya soyadının yazılmaması səbəbindən 3 000 manat cərimələnib. Buna baxmayaraq, 23 yaşlı yarımmüdafiəçi "Qəbələ" ilə X tur matçında (1:1) da meydana üzərində ad və soyadı olmayan geyim dəsti ilə çıxıb.

AFFA İntizam Komitəsinin (İK) sədri Erkin Hüseynov "QELEBE.AZ"a açıqlamasında məsələyə qurumun növbəti iclasından sonra aydınlıq gələcəyini bildirib: "Hər şey araşdırma və müzakirədən sonra bilinəcək. Araşdırma aparılmalıdır ki, görək, bu hal nəyə görə təkrarlanıb. Qanunla bütün klublar əsasnamə qaydalarını bilməli və buna əməl etməlidir".

O, bəzi klubların qaydalara ciddi yanaşmadığını söyləyib: "Oyunlar zamanı azarkeşlər tərəfindən hakimlərin ünvanına təhqirlər, meydana kənar əşyaların atılması və sair əməllərə səthi yanaşırlar. Bu hallar yol verilməzdir. Neqativ hallara görə isə birbaşa klublar məsuliyyət daşıyırlar".

Futbol
Almaniya yığması İspaniyadan kömək istəyib

Almaniya yığması İspaniyadan kömək istəyib

Futbol
"Qarabağ" Marko Veşoviçlə 2 illik müqavilə imzalayıb

"Qarabağ" Marko Veşoviçlə 2 illik müqavilə imzalayıb

Futbol
Qurban Qurbanov: "Rəqib məğlub olmaq istəmirdi"

Qurban Qurbanov: "Rəqib məğlub olmaq istəmirdi"

Futbol
DÇ-2022: Mərakeş - Portuqaliya oyunu başlayıb

DÇ-2022: Mərakeş - Portuqaliya oyunu başlayıb

Futbol
"Qarabağ"ın zədəlilərindən biri sıraya dönüb, digəri Portuqaliyadadır

"Qarabağ"ın zədəlilərindən biri sıraya dönüb, digəri Portuqaliyadadır

Futbol
Emin Mahmudov: "Daha yaxşı oynayıb, çox xal yığa bilərdik"

Emin Mahmudov: "Daha yaxşı oynayıb, çox xal yığa bilərdik"

Futbol
"Neftçi" təlim-məşq toplanışına itkilərlə başlayıb

"Neftçi" təlim-məşq toplanışına itkilərlə başlayıb

Futbol
"Qarabağ"ın legioneri: "Ölkə üçün çətin dönəmdir"

"Qarabağ"ın legioneri: "Ölkə üçün çətin dönəmdir"

Futbol
Azərbaycan çempionu 5 əcnəbi oyunçusu ilə yollarını ayırıb

Azərbaycan çempionu 5 əcnəbi oyunçusu ilə yollarını ayırıb

Futbol
Qətərdəki dünya çempionatında ilk dəfə qırmızı vərəqə göstərilib

Qətərdəki dünya çempionatında ilk dəfə qırmızı vərəqə göstərilib

Futbol
“Frayburq”ın baş məşqçisi: “Qarabağ” üçün bəxtsizlikdir"

“Frayburq”ın baş məşqçisi: “Qarabağ” üçün bəxtsizlikdir"

Futbol
UEFA "Neftçi"yə ödəniş edib

UEFA "Neftçi"yə ödəniş edib