İspaniyada oynayan gənc azərbaycanlı: "Hədəfim "Barselona" və ya "Real Madrid"də çıxış etməkdir"

İspaniyada oynayan gənc azərbaycanlı: "Hədəfim "Barselona" və ya "Real Madrid"də çıxış etməkdir"

Azərbaycanlı futbolçu Raul Dadaşov bir neçə aydır ki, İspaniyanın Regional Liqasında mübarizə aparan "Penas Oscenses Club Deportivo"da çıxış edir.

Meydana çıxdığı iki oyuna beş qol vuran 17 yaşlı mərkəz hücumçusu "Qarabağ"ın U-14, "Sumqayıt"ın isə U-15 və U-17 komandalarında oynayıb.

Gənc oyunçu İspaniya karyerası ilə bağlı "Report"un suallarını cavablandırıb.

- Nə vaxtdan futbolla məşğul olursunuz?
- 17 aprel 2006-cı ildə dünyaya gəlmişəm. 10 ildən çoxdur ki, bu idmanla məşğulam. İlk müəllimim Kənan Kərimov olub. Bura gələnədək də onunla əlavə məşqlər edirdim. "Qarabağ" və son olaraq "Sumqayıt" klubunda çıxış etmişəm. Martın 20-də İspaniyaya gəldim. Hazırda Hueska şəhərini təmsil edən “Penas Oscenses Club Deportivo"dayam.

- Klubla neçə illik müqavilə imzalamısınız?
- Sözləşmənin müddəti dörd illikdir.

- Hazırda 17 yaşınız var. Qarşıdakı hədəfləriniz nədir?
- "Barselona" və ya "Real Madrid" kimi klublardan birində oynamağı özümə hədəf kimi müəyyənləşdirmişəm. Bu işi bacaracağıma inanıram.

- İspaniyaya getdikdən sonra Azərbaycandan sizinlə əlaqə saxlayan olubmu?
- İdman barəsində yalnız Kənan Kərimov əlaqə saxlayıb.

- Dördüncü divizion olsa da, çempionatın səviyyəsi necədir?
- Demək olar ki, burada bizim Premyer Liqaya bərabər futbol gedir.

- Orada bizim ölkəni tanıyırlarmı? Bu müddətdə hansı çətinliklə üzləşmisən?
- Azərbaycanı tanıyan kütlə çox azdır. Bir az dil problemi var. İngilis dilini bilirəm, amma ispanlar bizim kimi öz dillərini sevirlər.

- Tək yaşamaq 17 yaşlı gənc üçün çətinlik yaradırmı?
- Təbii ki, çətinliklər var. Ancaq bir hədəfim var, ona çatmaq üçün əlimdən gələni etməliyəm.

- Niyə məhz İspaniya?
- Buraya gəlməmişdən əvvəl Türkiyənin "Beşiktaş" klubunun skautları məni bəyənmişdilər, transfer etmək də istəyirdilər. Amma mən İspaniyanı seçdim.

- Aşağı yaş qruplarından ibarət milli komandalarda çıxış etmisinizmi?
- Xeyr. Amma dəvət etmişdilər. Ötən il U-17 ilə Maltaya getmək üçün mənim üçün viza da aldılar. Amma yekunda aparmadılar. Milli komanda ilə bağlı qərarımı gələcəkdə verəcəyəm.

- Niyə aparmadılar?
- O barədə dəqiq nəsə deyə bilmərəm. Özləri bilər.

- Aparmamaqlarında hansısa xüsusi səbəb olub?
- Mənlə bağlı problem yox idi. Sadəcə, məşqçilərin qərarı belə oldu.

- Milli komanda üçün qərarınızı gələcəkdə verəcəyinizi dediniz. Azərbaycandan başqa millidə çıxış etmək haqqında düşünürsünüz?
- Məsələn, İspaniya yığmasından təklif gəlsə, hər kəs düşünmədən qəbul edər.

- İspaniya olsa belə, öz ölkənizi seçmək daha düzgün olmazdımı?
- Əlbəttə, doğrudur. Amma məni çağırmırlar və oynamağa şans vermirlər. Sözsüz ki, milli komandanı mən də sevirəm. Təklif gəlsə, qərarlaşdırıb bir cavab verəcəyəm.

- Nəzərə almaq lazımdır ki, hələ 17 yaşınız var. Belə düşünmək üçün tezdir...
- Bəli.

- Adınızın Raul olmasının "Real Madrid"in sabiq futbolçusu Raul Qonsaleslə əlaqəsi varmı?
- Bəli. Atam onun azarkeşi idi. Həmin oyunçunu çox sevdiyi üçün adımı Raul qoyub.

- İspaniyada bu ad sizə əlavə üstünlük verir?
- Bəli. Hamı məni ispan kimi tanıyır (gülür).

- Kumiriniz kimdir?
- Zlatan İbrahimoviç.

Futbol
Blaqoya Milevski: "Azərbaycan millisi ilə matçda qələbəyə ümid edirəm"

Blaqoya Milevski: "Azərbaycan millisi ilə matçda qələbəyə ümid edirəm"

Futbol
Perulu məşhur futbolçu karyerasını başa vurub

Perulu məşhur futbolçu karyerasını başa vurub

Futbol
Millətlər Liqası: Azərbaycan yığmasının 4 futbolçusu rəmzi komandaya düşüb

Millətlər Liqası: Azərbaycan yığmasının 4 futbolçusu rəmzi komandaya düşüb

Futbol
Benzema “Sevilya” ilə oyunu buraxacaq

Benzema “Sevilya” ilə oyunu buraxacaq

Futbol
Azərbaycanlı FİFA referilərinin sayı artırılıb

Azərbaycanlı FİFA referilərinin sayı artırılıb

Futbol
Təbriz klubundan ayrılan Kurban Berdıyevin yeni komandası bəlli olub

Təbriz klubundan ayrılan Kurban Berdıyevin yeni komandası bəlli olub

Futbol
Tahir Süleymanov: "Hakimlərin elementar oyun qaydasını bilməməsi inandırıcı deyil"

Tahir Süleymanov: "Hakimlərin elementar oyun qaydasını bilməməsi inandırıcı deyil"

Futbol
"Şamaxı" komandası antirekordunu təkrarlayıb

"Şamaxı" komandası antirekordunu təkrarlayıb

Futbol
Azərbaycan Kuboku: İştirakçılar və püşkatma tarixi açıqlanıb

Azərbaycan Kuboku: İştirakçılar və püşkatma tarixi açıqlanıb

Futbol
Vitali Borisov: “Dina”da oynayanda təklif etdilər ki, sənə Rusiya pasportu düzəldək”

Vitali Borisov: “Dina”da oynayanda təklif etdilər ki, sənə Rusiya pasportu düzəldək”

Futbol
"Qarabağ" komandası 3 rekorda imza atıb

"Qarabağ" komandası 3 rekorda imza atıb

Futbol
Canni De Byazi: "Oyundan razı qaldım, amma daha yaxşısını edə bilərik"

Canni De Byazi: "Oyundan razı qaldım, amma daha yaxşısını edə bilərik"