Premyer Liqa: "Şamaxı" - "Kəpəz" oyununda qalib müəyyənləşməyib

Premyer Liqa: "Şamaxı" - "Kəpəz" oyununda qalib müəyyənləşməyib

Azərbaycan Premyer Liqasında XXXI tura start verilib.

"QELEBE.AZ"un məlumatına görə, açılış oyununda "Kəpəz" "Şamaxı" klubunun qonağı olub. Şamaxı şəhər stadionunda keçirilən matçda qalib müəyyənləşməyib - 1:1.

Hesabı 34-cü dəqiqədə meydan sahiblərindən Emin Zamanov açıb. Cəmi 4 dəqiqə sonra Gəncə təmsilçisinin yarımmüdafiəçisi Abdullahi Şuaybu tarazlığı bərpa edib.

Bu heç-heçədən sonra xallarını 29-a çatdıran "Kəpəz" 7-ci pillədəki mövqeyini qoruyub. 23 xalı olan "Şamaxı" isə 9-cu sırada qərarlaşıb.

Günün ikinci görüşündə "Qarabağ" "Zirə"ni qəbul edəcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

Qeyd edək ki, XXXI turun "Turan Tovuz" - "Sabah" və "Səbail" - "Neftçi" oyunları aprelin 22-də, "Sumqayıt" - "Qəbələ" görüşü isə aprelin 23-də keçiriləcək.

15:07

Azərbaycan Premyer Liqasının XXXI turunun açılış oyununda üz-üzə gələcək "Şamaxı" və "Kəpəz"in start heyətləri açıqlanıb.

"QELEBE.AZ"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Şamaxı": 1. Rəşad Əzizli (k), 15. Emin Zamanov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 23. Rövşən Şahmuradov, 80. Zahid Mərdanov, 29. Ramin Əhmədov
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 10. Elvin Məmmədov, 9. Amil Yunanov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 90. Əli Səmədov, 7. Asim Əlizadə, 11. Kamran Quliyev, 4. Arsen Ağcabəyov, 97. Tapdıq Əhmədov
Baş məşqçi: Vüqar Əsgərli

"Kəpəz": 68. Orxan Sadıqlı, 80. Tural Rzayev, 74. Yusif Nəbiyev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 71. Mario Mustapiç, 8. Tural Axundov, 70. Nicat Süleymanov, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 91. Nizami Səmədov, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 10. Salif Sisse
Baş məşqçi: Tərlan Əhmədov

Qeyd edək ki, Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.

Futbol
"Mançester Siti" Xosep Qvardiola ilə yeni müqavilə imzalayıb

"Mançester Siti" Xosep Qvardiola ilə yeni müqavilə imzalayıb

Futbol
FIFA DÇ-2026-nın formatı ilə bağlı üç variantı nəzərdən keçirir

FIFA DÇ-2026-nın formatı ilə bağlı üç variantı nəzərdən keçirir

Futbol
“Qarabağ” ikinci dəfə avrokubokların pley-offuna vəsiqəni təmin edib - VİDEO

“Qarabağ” ikinci dəfə avrokubokların pley-offuna vəsiqəni təmin edib - VİDEO

Futbol
Avropa Liqası: Pley-offun növbəti iştirakçıları bəlli olub

Avropa Liqası: Pley-offun növbəti iştirakçıları bəlli olub

Futbol
Azərbaycanın FIFA referisi "Benfika"nın oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi "Benfika"nın oyununa təyinat alıb

Futbol
Türkiyə klubu rusiyalı futbolçunun müqaviləsini ləğv edib

Türkiyə klubu rusiyalı futbolçunun müqaviləsini ləğv edib

Futbol
"Neftçi"nin şikayəti təmin olunmayıb

"Neftçi"nin şikayəti təmin olunmayıb

Futbol
“Neftçi” Avropa nəhəngləri ilə qarşılaşacaq

“Neftçi” Avropa nəhəngləri ilə qarşılaşacaq

Futbol
Azərbaycan Premyer Liqası: “Qarabağ” “Şamaxı”ya “Qəbələ” “Sabah”a qarşı

Azərbaycan Premyer Liqası: “Qarabağ” “Şamaxı”ya “Qəbələ” “Sabah”a qarşı

Futbol
"Qarabağ"ın futbolçusu karyerasını Rusiyada davam etdirə bilər

"Qarabağ"ın futbolçusu karyerasını Rusiyada davam etdirə bilər

Futbol
Azərbaycan millisi Türkiyəyə böyük hesabla uduzub

Azərbaycan millisi Türkiyəyə böyük hesabla uduzub

Futbol
Yunanıstanda azərbaycanlı azarkeşlər hücuma məruz qalıb - VİDEO

Yunanıstanda azərbaycanlı azarkeşlər hücuma məruz qalıb - VİDEO