Xorvatiyalı mütəxəssis: "Dinamo"da Emreliyə kifayət qədər şans verilmədi"

Xorvatiyalı mütəxəssis: "Dinamo"da Emreliyə kifayət qədər şans verilmədi"

"Dinamo"da Emreliyə kifayət qədər şans verilmədi".

Bunu "Report"a açıqlamasında "Sabah"ın sabiq baş məşqçisi Jelko Sopiç Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin müqavilə ilə məxsus olduğu Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda möhkəmlənə bilməməsi barədə danışarkən deyib.

49 yaşlı mütəxəssis bildirib ki, bunun səbəbi Zaqreb təmsilçisinin heyətində Bruno Petkoviç və Yosip Drmiç kimi aparıcı ön xətt oyunçularının olmasıdır: "Petkoviç Xorvatiya millisinin üzvüdür, Drmiç isə İsveçrə yığmasında və İngiltərənin "Norviç" komandasında oynayıb. Hər ikisi yaxşı forvarddır. Bu mənada əsas heyətə düşmək Mahir üçün asan olmayacaqdı. Mənə görə o, top-futbolçudur. Sürətli, müasir hücumçudur. Oynasaydı, hər matçda fərqli nəsə ortaya qoya bilərdi".

Onun sözlərinə görə, 26 yaşlı forvardın Xorvatiyada özünü göstərmək üçün elə çox imkanı olmadı: "Dinamo" böyük klubdur. Onların gözləmək üçün vaxtı yoxdur. Əslində bu, bütün nəhəng komandaların başlıca problemidir. Nəticə üçün yalnız hazır futbolçulara güvənirlər. Razıyam, Mahirin özünü göstərmək üçün elə də çox imkanı olmadı. Amma bunlar mənim, sadəcə, kənarda müşahidə etdiklərimdir. Mahirin az oynamasının, icarəyə verilməsinin səbəbini dəqiq bilmirəm. Komandanın daxilində olmadığım üçün qəti fikir bildirməyim düzgün olmaz".

Sopiçin sözlərinə görə, Emreli "Konyaspor"da yaxşı işlər görə bilər. Hər şey özündən asılıdır. Türkiyə Super Liqası asan çempionat deyil. Hətta bizim liqadan yaxşıdır. Orada əks hücumlara daha çox üstünlük verirlər. Mahir isə əsl əks hücum oyunçusudur. Sürəti, çevikliyi ilə komandasına xeyir verə bilər".

Təcrübəli mütəxəssis azərbaycanlı futbolçunun yenidən yenidən "Dinamo"ya qayıdacağına ümid edir: "Çünki "Konyaspor"a icarə əsasında keçib. Amma son sözü yeni baş məşqçi İqor Bişçan söyləyəcək. Yəqin ki, yayda ümumi vəziyyəti dəyərləndirib qərar verəcəklər. Klubun maliyyə çətinliyi var, rəhbərliyə pul lazımdır. Mövsümün sonunda bəzi futbolçular gedəcək, əvəzinə yeniləri gələcək. Mahirin "Konyaspor"dakı çıxışı da Bişçanın qərarına təsir edəcək".

Futbol
"Şamaxı" futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Şamaxı" futbolçusu ilə müqavilənin müddətini uzadıb

Futbol
Tərlan Əhmədov: “Baş verənlərdən sığortalanmamışıq”

Tərlan Əhmədov: “Baş verənlərdən sığortalanmamışıq”

Futbol
Rəşad Sadıqov: "Vacib 3 xal qazandıq"

Rəşad Sadıqov: "Vacib 3 xal qazandıq"

Futbol
Fransa millisinin üç aparıcı üzvü Benzemanın DÇ-2022-də iştirakına qarşı çıxıb

Fransa millisinin üç aparıcı üzvü Benzemanın DÇ-2022-də iştirakına qarşı çıxıb

Futbol
İlin ən yaxşı gənc futbolçusu bəlli olub

İlin ən yaxşı gənc futbolçusu bəlli olub

Futbol
Pirlo Belçika millisini çalışdıra bilər

Pirlo Belçika millisini çalışdıra bilər

Futbol
Ukrayna millisinin sabiq futbolçusu "Şaxtyor"a qayıdıb

Ukrayna millisinin sabiq futbolçusu "Şaxtyor"a qayıdıb

Futbol
Argentina 3 qat dünya çempionu olub

Argentina 3 qat dünya çempionu olub

Futbol
Millətlər Liqası: Türkiyə B liqasına yüksəlib

Millətlər Liqası: Türkiyə B liqasına yüksəlib

Futbol
FIFA dünya çempionatının iki ildən bir keçirilməsi ideyasından imtina edib

FIFA dünya çempionatının iki ildən bir keçirilməsi ideyasından imtina edib

Futbol
Obameyanq yenidən Londona qayıda bilər

Obameyanq yenidən Londona qayıda bilər

Futbol
"Neftçi" ilə oyun "Sabah" üçün iki yubileylə əlamətdar olub

"Neftçi" ilə oyun "Sabah" üçün iki yubileylə əlamətdar olub