Dünya Taekvondo Federasiyasının nümayəndəsi: “Bakıdakı mundialın keçiriləcəyi məkan müqayisəolunmazdır”

Dünya Taekvondo Federasiyasının nümayəndəsi: “Bakıdakı mundialın keçiriləcəyi məkan müqayisəolunmazdır”

“Bakıdakı dünya çempionatının keçiriləcəyi məkan müqayisəolunmazdır”.

“Report” xəbər verir ki, bunu Dünya Taekvondo Federasiyasının nümayəndəsi Məhəmməd Şaaban Bakı Kristal Zalında baş tutacaq mundiala son hazırlıqlarla bağlı təşkil olunan mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycana ikinci dəfədir səfər edir: “Bundan əvvəl 2017-ci ildə Qran Pri finalına qatılmışdım. O, olimpiadadan sonra idi. Artıq altı il keçib, bu illər ərzində böyük dəyişikliklərin şahidi oldum. Şəhər də çox dəyişilib”.

Məhəmməd Şaaban tədbirə hazırlıqdan məmnun qaldıqlarını söyləyib: “Dünən Təşkilat Komitəsi ilə ilk dəfə üzbəüz görüş keçirdik. Təşkilat Komitəsində tədbirin keçirilməsi üçün yüksək səviyyəli hazırlığın şahidi oldum. Çünki burada logistika, təşkilati baxımdan böyük işlər görülməlidir. Nəzərə almaq lazımdır ki, 1500-dən çox insan gələcək. Onların müxtəlif məkanlara aparılması, yerləşməsi kimi böyük proseslər olacaq. Düşünürəm ki, bütün bunlar yüksək səviyyədə ərsəyə gələcək”.

Dünya Taekvondo Federasiyasının nümayəndəsi Bakıdakı mundialda yeni ulduz taekvondoçuların üzə çıxacağına inanır: “Koronavirus pandemiyası səbəbindən ötən il keçirdiyimiz dünya çempionatında da yeni adlar kəşf olunmuşdu. Müşahidələrimiz onu göstərir ki, daha çox gənclər yaxşı yer tuturlar. Onu da unutmayaq ki, bu mundial gələn il keçiriləcək Yay Olimpiya Oyunlarından əvvəlki ən böyük tədbirimizdir. Bu da o deməkdir ki, hamı yüz faizlik nəticə ilə dünya çempionatından ayrılmaq istəyəcək. Azərbaycanlı azarkeşlər üçün maraqlı tədbir olacaq. Yeddi gün ərzində diqqətçəkən anlar yaşanacaq. Ümid edirəm ki, Azərbaycanda taekvondo sevənlər bu dünya çempionatından zövq alacaqlar”.

Qeyd edək ki, dünya çempionatı mayın 29-dan iyunun 4-dək keçiriləcək.

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçiləri medalsız qalıb

Dünya çempionatı: Azərbaycanın qadın güləşçiləri medalsız qalıb

Fərdi
"Mingəçevir Reqatası": İkinci günün qalibləri müəyyənləşib

"Mingəçevir Reqatası": İkinci günün qalibləri müəyyənləşib

Fərdi
Rusiyalı MMA döyüşçüsü Nəriman Abbasovu duelə çağırıb

Rusiyalı MMA döyüşçüsü Nəriman Abbasovu duelə çağırıb

Fərdi
Bakıdakı yarışda iştirak edəcək Azərbaycan karateçiləri açıqlanıb

Bakıdakı yarışda iştirak edəcək Azərbaycan karateçiləri açıqlanıb

Fərdi
Azərbaycan Qış İdman Növləri Federasiyasının akkreditasiyası təsdiqlənib

Azərbaycan Qış İdman Növləri Federasiyasının akkreditasiyası təsdiqlənib

Fərdi
Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala çıxıb

Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala çıxıb

Fərdi
Naxçıvanda Ümumdünya Şahmat Olimpiadası keçiriləcək

Naxçıvanda Ümumdünya Şahmat Olimpiadası keçiriləcək

Fərdi
Anna Başta Qran-pri yarışında 5-ci yeri tutub

Anna Başta Qran-pri yarışında 5-ci yeri tutub

Fərdi
Elçin Əsədov:  "Bu, uğursuzluq yox, bəxtsizlikdir"

Elçin Əsədov: "Bu, uğursuzluq yox, bəxtsizlikdir"

Fərdi
Federasiya rəsmisi: "Qarabağın digər regionlarında da yarışlar planlaşdırılır"

Federasiya rəsmisi: "Qarabağın digər regionlarında da yarışlar planlaşdırılır"

Fərdi
Biləsuvarda "Zəfər günü" ilə bağlı boks yarışı keçirilib

Biləsuvarda "Zəfər günü" ilə bağlı boks yarışı keçirilib

Fərdi
Bakıda keçiriləcək Dünya Kubokunun püşkatma mərasimi olub

Bakıda keçiriləcək Dünya Kubokunun püşkatma mərasimi olub