Rafiq Hüseynov: “Azərbaycanın yunan-Roma güləşi tarixində belə titullu komanda olmayıb

Rafiq Hüseynov: “Azərbaycanın yunan-Roma güləşi tarixində belə titullu komanda olmayıb

“Azərbaycanın yunan-Roma güləşi tarixində belə titullu komanda olmayıb”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov jurnalistlərə açıqlamasında deyib.

Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa çempionatında 82 kq çəki dərəcəsində mübarizə aparacaq 35 yaşlı idmançı hədəflərinin yenə komanda hesabında çempionluq olduğunu söyləyib: “Avropa və dünya çempionatı, eləcə də, Yay Olimpiya Oyunları digər yarışlardan fərqlənir. Bu məsuliyyəti tam dərk edirik. Qitə birinciliyinə nə üçün yollanacağımızı yaxşı bilirik. Ötən il komanda hesabında Avropa çempionu olmuşduq. Bu il də həmin uğuru təkrarlamaq istəyirik. Təbii ki, çətin olacaq. Təlim-məşq toplanışlarında səylə iştirak edirik. Yüksək səviyyəli kollektivə malikik. 55 kq-dan 130 kq çəkiyə qədər hamı böyüklərin yarışlarında medalçılar sırasındadır. Bəziləri dünya və Avropa çempionu, bəziləri olimpiya mükafatçılarıdır. Bu baxımdan uğurlu çıxış etməyə borcluyuq”.

Zədədən yeni qayıtdığını xatırladan Avropa və dünya çempionu özünü qitə birinciliyinə hazır hesab edir: “Zədələr daim bizi izləyir. Bu, yenilik deyil, adət halını almışıq. Zədənin nə demək olduğunu yaxşı bilirəm. Dekabrda əməliyyat olunanda həkimlər vəziyyətin ciddi olduğunu demişdilər. Buna baxmayaraq, müalicə kursları keçdik. Hətta onu deyə bilərəm ki, Milli Gimnastika Arenasında fizioterapevtimizin köməyi ilə müalicəmi keçdim. Müalicəni bitirəndən sonra hazırlığa qatılmışam. Məşqlər onu göstərir ki, optimal səviyyədə olmasam da, yarış üçün hazır vəziyyətdəyəm”.

Rafiq Hüseynov güləşçilərin bu il Polşada təşkil olunacaq III Avropa Oyunlarına qatılmamalarına da münasibət bildirib: “Avropa Oyunları olan ildə Avropa çempionatının keçirilməməsinə düzgün baxmıram. Çünki fərqli yarışlardır. Məsələn, Asiya Oyunları olan ildə Asiya çempionatı keçirilib. Təəssüf ki, bu il Avropa Oyunlarında iştirak etməyəcəyik. Amma belə mötəbər turnirdə mübarizə aparmağı, komanda şəklində sözümüzü deməyi istərdim. Hər bir idmançı daha çox yarışda iştirak etməyi arzulayır. Ancaq qərar belə olub, bizdən asılı olan şey deyil”.

Qeyd edək ki, Avropa çempionatı aprelin 17-dən 23-dək baş tutacaq.

Fərdi
“Tata Steel İndia”: Şəhriyar Məmmədyarov turnirə 3 qələbə ilə başlayıb

“Tata Steel İndia”: Şəhriyar Məmmədyarov turnirə 3 qələbə ilə başlayıb

Fərdi
Azərbaycan triatlonçusu dünya reytinqində irəliləyib

Azərbaycan triatlonçusu dünya reytinqində irəliləyib

Fərdi
AMADA ötən ay narkotiklə bağlı 195 nəfər arasında sorğu keçirib

AMADA ötən ay narkotiklə bağlı 195 nəfər arasında sorğu keçirib

Fərdi
Azərbaycan şahmatçıları dünya çempionatında növbəti görüşlərini keçiriblər

Azərbaycan şahmatçıları dünya çempionatında növbəti görüşlərini keçiriblər

Fərdi
Belarusun qalmaqallı idmançısı Polşa vətəndaşlığını alıb

Belarusun qalmaqallı idmançısı Polşa vətəndaşlığını alıb

Fərdi
Yarış zamanı ayağı sınan Azərbaycan xizəkçisi əməliyyat olunub

Yarış zamanı ayağı sınan Azərbaycan xizəkçisi əməliyyat olunub

Fərdi
"Sinkfild Kuboku": Məmmədyarov Aronyanla heç-heçə oynayaraq turniri başa vurub

"Sinkfild Kuboku": Məmmədyarov Aronyanla heç-heçə oynayaraq turniri başa vurub

Fərdi
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Fərdi
AGF-in baş katibinə “Tərəqqi” medalı təqdim edilib

AGF-in baş katibinə “Tərəqqi” medalı təqdim edilib

Fərdi
Əfsanəvi tennisçi 20 il sonra öz antirekordunu təkrarlayıb

Əfsanəvi tennisçi 20 il sonra öz antirekordunu təkrarlayıb

Fərdi
Tanınmış idmançı evində ölü tapılıb

Tanınmış idmançı evində ölü tapılıb

Fərdi
Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub, mundialın iştirakçıları bəlli olub

Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub, mundialın iştirakçıları bəlli olub