“AGF Trophy” beynəlxalq turnirinin açılış mərasimi olub

“AGF Trophy” beynəlxalq turnirinin açılış mərasimi olub

Bakıda bədii gimnastika üzrə üçüncü “AGF Trophy” beynəlxalq turnirinin açılış mərasimi olub.

“QELEBE.AZ”un məlumatına görə, Milli Gimnastika Arenasında təşkil olunan mərasimdə əvvəlcə iştirakçı ölkələrin paradı təşkil edilib.

Daha sonra Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə çıxış edərək, yarışın əhəmiyyətindən danışıb. Bütün iştirakçılara uğurlar arzulayan N.Məmmədzadə beynəlxalq turniri açıq elan edib.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Turnirdə 14 ölkədən 119 gimnast iştirak edəcək. Azərbaycanı yarışda 20-si fərdi (6 böyüklər, 14 gənclər), 18-i qrup hərəkətləri üzrə (1 böyüklər, 2 gənclər qrup komandası) olmaqla ümumilikdə 38 gimnast təmsil edəcək.

Yarışda böyük yaşlı fərdi gimnastlar arasında təcrübəli idmançı - Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı, 34-cü beynəlxalq Qran Pri yarışının qalibi və gümüş mükafatçısı, İslam Həmrəyliyi Oyunlarının dördqat qalibi, Yay Universiadasının ikiqat gümüş mükafatçısı Zöhrə Ağamirova, V İslam Həmrəyliyi Oyunlarının qalibi Alina Gözəlova, eləcə də, bir sıra beynəlxalq turnirlərin qalib və mükafatçıları olan gənc gimnastlar mübarizəyə qoşulacaqlar.

Böyüklər arasında qrup hərəkətləri proqramında dünya çempionatının bürünc mükafatçısı, Avropa çempionatının üçqat bürünc medalçısı, V İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi və gümüş mükafatçısı Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət yığmanın üzvləri xalça üzərinə çıxacaqlar.

Bununla yanaşı, gənclər arasında Azərbaycanı qrup hərəkətləri üzrə iki komanda təmsil edəcək.

Turnir böyük gimnastlar arasında aprelin 21-23-də Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokuna sınaq xarakteri daşıyacaq.

Üç gün davam edəcək yarışda iştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar.

Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Fərdi
"Tata Steel İndia": Şəhriyar Məmmədyarov növbəti görüşlərini keçirəcək

"Tata Steel İndia": Şəhriyar Məmmədyarov növbəti görüşlərini keçirəcək

Fərdi
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayır

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayır

Fərdi
Azərbaycan millisinin baş məşqçisi: “İnsan fiziki zəif olanda yox, psixoloji hazır olmayanda uduzur”

Azərbaycan millisinin baş məşqçisi: “İnsan fiziki zəif olanda yox, psixoloji hazır olmayanda uduzur”

Fərdi
Rusiyanın 5 qat olimpiya çempionu ölkəni tərk edib

Rusiyanın 5 qat olimpiya çempionu ölkəni tərk edib

Fərdi
Azərbaycan triatlonçusu olimpiya reytinqində 11 pillə irəliləyib

Azərbaycan triatlonçusu olimpiya reytinqində 11 pillə irəliləyib

Fərdi
Bakıda çövkən üzrə Prezident Kuboku keçiriləcək

Bakıda çövkən üzrə Prezident Kuboku keçiriləcək

Fərdi
Rusiya və Belarus boksçuları WBC reytinqlərindən kənarlaşdırılacaq

Rusiya və Belarus boksçuları WBC reytinqlərindən kənarlaşdırılacaq

Fərdi
Bu gün futbol üzrə dünya çempionatına start veriləcək

Bu gün futbol üzrə dünya çempionatına start veriləcək

Fərdi
Mingəçevirdə "ƏrToğrul" sənədli filminin nümayişi keçirilib

Mingəçevirdə "ƏrToğrul" sənədli filminin nümayişi keçirilib

Fərdi
Yaşar Bəşirov Premyer Liqa yarışında qızıl medal gözlədiyi idmançıların adlarını açıqlayıb

Yaşar Bəşirov Premyer Liqa yarışında qızıl medal gözlədiyi idmançıların adlarını açıqlayıb

Fərdi
Rövşən Rüstəmov: "Qızıla bərabər gümüş medal qazanmağımız ciddi uğurdur"

Rövşən Rüstəmov: "Qızıla bərabər gümüş medal qazanmağımız ciddi uğurdur"

Fərdi
Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 qızıl medal qazanıb

Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 qızıl medal qazanıb